Məhkəmə qərarları › İş №3(060)-2088/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2088/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2088/2024 12.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 22 avqust 2024-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən (bundan sonra BBGİ) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/019840 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsilə ilə ölkə ərazisinə daxil olmuş və **********2997 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********0799 sorğu nömrəli qısa idxal bəyannaməsinin 2-ci qrafasında ixracatçının adı “OOO Rustorq” qeyd edilsə də, gömrük bəyannaməsində faktiki bəyan olunmuş sənədlərə uyğun olaraq ixracatçınını adı “OOO Trest” qeyd edilərək bəyannamələr arasında uyğunsuzluq müəyyən edilmişdir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemindən baxış keçirilərək müəyyən edilmişdir ki, "AQRORA” MMC-nin ünvanına Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********0799 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin 2-ci qrafasında ixracatçının adı “OOO Rustorq” kimi qeyd edilmiş, lakin **********2997 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci qrafasında isə ixracatçının adı “OOO Trest” kimi qeyd edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş 1 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədində, həmçinin nəqliyyat sənədində ixracatçının adı “OOO Trest” olaraq qeyd edilmişdir. Lakin "AQRORA” MMC tərəfindən təqdim edilən **********0799 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində ixracatçının adı “OOO Rustorq” olaraq qeyd edilmişdir. Bu fakt 3-33-1100/012/019840 saylı xx.xx.2024-cü il raport, **********2997 sorğu nömrəli Gömrük bəyannaməsi, **********0799 sorğu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş BBGİ-nin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs AQRORA” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 elektron qaydada məhkəməyə müraciət edərək tərtib edilmiş protokol üzrə özlərini təqsirli bildiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan **********92997 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından “diri iri buynuzlu heyvanlar” yükü daxil olmuşdur. İş materiallarında olan "AQRORA” MMC-nin ünvanına Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********0799 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinin 2-ci qrafasında ixracatçının adı “OOO Rustorq” kimi qeyd edilmişdir. İş materiallarında olan **********2997 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci qrafasında isə ixracatçının adı “OOO Trest” kimi qeyd edilmişdir. 22 avqust 2024-cü il tarixdə Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə öz izahatında texniki səhvə yol verildiyindən qısa idxal bəyannaməsində ixracatçının adının səhv qeyd edildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin ilkin araşdırma müddətində etirafedici izahatı və işdəki digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 485.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda İXM-nin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar