Məhkəmə qərarları › İş №3(060)-2089/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2089/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2089/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində 17 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə MN № ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 17 iyun 2021-ci ildə Sumqayıt şəhər məhkəməsində məhkəmə prosesini pozaraq polisin qanuni tələbini pozmuşdur, məhkəməyə gəlmiş vətəndaşları narahat etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki protokolda inzibati xətanın mahiyyəti ilə bağlı protokolda qeyd olunanlar materiala əlavə edilmiş polis əməkdaşlarının izahatları və raportu ilə uyğunsuzluq təşkil edir. Belə ki, materiala əlavə edilmiş polis əməkdaşı Mirzə Əliyevin raportundan görünür ki, hadisə Sumqayıt şəhər məhkəməsində məhkəmə prosesində deyil, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında və binanın həyətində baş vermişdir. Lakin məhkəməyə təqdim edilən protokolda hadisənin məhkəmə prosesində olmağı qeyd edilmiş, hadisənin hansı saatda baş verməsi protokolda qeyd edilməmiş, bundan başqa İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin dispozisiyasına uyğun tərədilmiş xətanın mahiyyəti protokolda düzgün əks olunmamışdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati protokol yanlış tərtib edildiyindən həmin protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 17 iyun 2021-ci il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar