Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2090/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsindən daxil olmuş Şəxs Bahadur oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs Bahadur oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 02 iyun 2021-ci il tarixli MN seriyalı ******* №li və 02 iyun 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs Bahadur oğlu 1-ci polis bölməsinə daxil olarəkən 15:15-də səs-küy salaraq iş rejimini pozmuşdur. Bundan başqa vətəndaş Şəxs Bahadur oğlu 02.06.2021-ci il tarixdə 15:00-da Sumqayıt şəhəri, 21ci mikrorayon ərazisində polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı ilə Şəxs Bahadur oğlunun İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-2090/2021 və 3(060)-2091/2021 №li işlər bir icraatda 3(060)-2090/2021 nömrə ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materialında olan Sumqayıt 2 nömrəli Şəhər xəstəxanası Poliklinika şöbəsinin 17 iyun 2021-ci il tarixli, 514№-li Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 2da yaşayan xx.xx.1978-ci il təvəllüdlü, Şəxs Bahadur oğlu poliklinkanın psixiatrik kabinetində “F 60.3-Psixiotrik epizodlarla gedən şəxsiyyətin emosional-davamsız tip pozuntusu. Özünü çoxsaylı kəsmələrlə, dekompensasiya mərhələsi olan” diaqnozu ilə 2008-ci il tarixdən qeydiyyatdadır. İXM-nin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Göründüyü kimi Qanunvericilik psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən şəxslərin işlərində vəkilin iştirakını məcburi hal kimi nəzərdə tutsa da, qanunun bu tələbi pozularaq Şəxs Bahadur oğlu barəsində inzibati protokol tərtib olunarkən vəkilin iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan inzibati protokoldan görünür ki, protokolda hadisənin baş verdiyi tarix göstərilməmiş, həmçinin protokolda yazılmış xuliqanlğa aid inzibati xətanın mahiyyəti İXM-nin 510-cu maddəsinin dispozisiyasına uyğun deyildir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Şəxs barəsindəki eyni tarixli inzibati xəta haqqında protokollar məhkəmənin 02 iyun 2021-ci il tarixli qərardadı ilə geri qaytarılsa da, eyni protokollar yenidən məhkəməyə göndərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokollar qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokollar və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsi tərəfindən Şəxs Bahadur oğlu barəsində tərtib olunmuş 02 iyun 2021-ci il tarixli, MN № ******* №li və 02 iyun 2021-ci il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokollar və protokollara əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2090/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2090/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver