Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2090/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qararından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X21, Qərardan şikayət vermiş şəxs X12, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X23 tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X12 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X13 bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərara əsasən X23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 4000 (dörd min) manat miqdarında cərimə olunmuşdur. Həmin qərarı aşağıda sadalananlara əsasən əsassız və qanunsuz hesab edir. X12 cərimə olunmağına səbəb kimi güya X5, X9, X14 və X15 əmək müqaviləsi bağlamadan işə cəlb etməyi, əsas olaraq isə Sumqayıt şəhər Polis İdarəsinin məktubu və digər sənədlər olmuşdur. Sahibkarlıq fəaliyyəti taksi fəaliyyəti ilə bağlıdır. Əmək fəaliyyətinə nəzarəti bilavasitə X23 həyata keçirir, işçiləri ilə əmək müqaviləsi vardır. Adları qeyd olunan şəxslər onun müəssisənin fəaliyyəti ilə əlaqədar hər hansı işə cəlb edilməmişlər. Müəssisə icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 208A, m2, m6) yerləşən yaşayış sahəsinin 80 kv.metrindən ibarət bir hissəsində fəaliyyət göstərmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Polis idarəsindən adlarını təqdim etməyən 03 (üç) nəfər əməkdaşları qanunsuz olaraq heç bir qərar təqdim etmədən "xxxx" MMC-nin yuxanda qeyd etdiyi ünvanına gələrək qapıları bağlamışlar və orada olan şəxslərdən öz istəklərinə uyğun, yəni özləri diktə edərək eyni məzmunlu izahatlar almışlar. Bildirmək istəyir ki, "xxxx" MMC-yə əlavə işçi ehtiyac olduğundan elan nəticəsində xx.xx.2023-cü il tarixdə X10, X16, X24 və X25 adlı xanımlar işləmək üçün müraciət etmişlər və onların nə dərəcədə işə yararlı olub-olmamaları məqsədi ilə onlarla söhbətlər aparılmış, 3- 4 gün işlə tanış olmaları onlara bildirilmişdir. Lakin onlara hər hansı iş tapşırılmamış, hər hansı xidmətlərin yerinə yetirilməsinə cəlb olunmamışlar. Həmin gün polis əməkdaşları onlara təzyiq göstərərək, yəni qapıları bağlayaraq öz istəklərinə uyğun onlardan izahatlar almışlar. Onlar da qorxaraq diktə olunan izahatlara qol çəkmişlər. Həmçinin, X17 da təzyiq olunmuş, ondan da məcburən izahat almışlar, o izahatında da həmin xanımların hər hansı iş, xidmətlər yerinə yetirmədiklərini, sadəcə iş fəaliyyəti ilə tanış olduqlarını, təcrübə keçdiklərini və işi öyrənərlərsə işə qəbul olunacaqlarını bildirmişdir. Bir müddət keçdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti Abşeron Xızı regional şöbəsinə çağırılaraq X12 barəsində hazırki iş üzrə protokol tərtib edildiyi bildirilmişdir. Səbəb olaraq da güya X10, X16, X24 və X25 adlı xanımları əmək müqaviləsi bağlamadan işə cəlb etməyi bildirilmişdir. Hansı ki, bu məsələylə bağlı Əmək Müfəttişliyi işin hallarını araşdırmamış, polis idarəsindən daxil olan sənədlərlə kifayətlənmişdir. Bir daha bildirir ki, ”Alo Taxi” MMC-də hər hansı şəxslər əmək müqaviləsi bağlamadan işləməmiş və xidmətlər göstərməmişlər. Sonradan həmin xanımlardan 3-nün işləmək arzusunu nəzərə almaqla nəzəri və iş qabiliyyətləri onları qane etdiyndən onrla əmək müqaviləsi bağlayaraq işə götürmüşlər. X23 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinməyinə dair qərar əsassızdır, iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Ona görə də, məhkəməyə müraciət edərək X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X23 da vəkili X7 göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X29 izahat verərək bildirdi ki, Sumqayıt ŞPİ-dən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsinə xx.xx.2023-cü il tarixli məktub daxil olmuşdur. Məktubda göstərilmişdir ki, Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyinin istismarının qarşısının alınması məqsədi ilə Sumqayıt ŞPİ-nin X8 Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində yoxlamalar keçirilmiş, yoxlama zamanı ünvan 1 ünvanında fəqliyyət göstərən "xxxx" MMC-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən X12 X6, X11, X18 və X19 işə cəlb etməsi müəyyən olunmuş və toplanmış material tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndərilmişdir. Göstərilən xüsusatla əlaqədar tərəflərindən araşdırılma aparılmış və işəgötürən X23 qanunvericiliyin tələblərini pozaraq X10, X16, X24 və X25 əmək müqaviləsi sistemə yerləşdirilməmiş onu işə cəlb etməsi müəyyən olunmuşdur. Sumqayıt ŞPİ-dən şöbəyə daxil olmuş materiallarda olan X5, X9, X14 və X15 izahatlarından da görünür ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC şirkətində operator vəzifəsində çalışırlar, aylıq 350 (üç yüz əlli) manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. X4 da izahatında X5, X9, X14 və X2 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. Lakin bildirmək istəyir ki, hər hansə bir şəxs sınaq müddətinə də olsa belə işə qəbul olunarsa qanunvericiliyə əsasən onunla əmək müqaviləsi bağlanmalıdır. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Ona görə də, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qəbul olunaraq X23 4000 (dörd min) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhəkəmə şahid qismində dindirilmiş X16 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında fəqliyyət göstərən "xxxx" MMC-yə işə düzəlmək üçün müraciət etmişdir. "xxxx" MMC-nin direktoru X23 ona bir neçə gün işi öyrənmək üçün orada əyləşib iş fəaliyyəti ilə tanış olmasını, sınaq müddəti ərzində əgər işi öyrənəcəyi təqdirdə onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları "xxxx" MMC-yə daxil olmuş, ondan əmək müqaviləsinin olub-olmamasını soruşmuş, onun əmək müqaviləsi olmadığına görə ondan izahat alınmışdır. O, izahat şirkətə gələn polis əməkdaşının diktəsinə əsasən yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 və X25 da X16 ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC-də direktor X23 tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X5, X9, X14 və X15 əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlər yerinə yetirməyə cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən şəxs tərəfindən fiziki şəxslər X10, X16, X24 və X25 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Ona görə də, X23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında oaln X5, X9, X14 və X15 izahatlarından görünür ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC şirkətində operator vəzifəsində çalışırlar, aylıq 350 (üç yüz əlli) manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. İş materiallarında oaln X12 izahatından görünür ki, X5, X9, X14 və X2 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən işə götürən X3 Günay Şəmsəddin qızının, X9, X14 və X2 müddətində olduqları üçün onlarla əmək müqaviləsinin bağlanmadığını, sınaq müddətindən sonra işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. X1, X9, X14 və X15 iş materiallarında olan izahatlarından görünür ki, xx.xx.2023cü il tarixdən "xxxx" MMC şirkətində operator vəzifəsində çalışırlar, aylıq 350 (üç yüz əlli) manat əmək haqqı müqabilində işə başlamışlar və onlarla əmək müqaviləsi bağlanılmadığını bildirmişlər. X10, X16, X24 və X25 məhkəmə baxışı zamanı verdiyi ifadələrində həmin şirkətdə hər hansı iş və xidmətlər yerinə yetirmədiklərini və sınaq müddətində olduqlarını bildirsələr də, hər hansı bir şəxs sınaq müddətinə də olsa işə qəbul olunarsa qanunvericiliyə əsasən onunla əmək müqaviləsi bağlanmalıdır. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN 12924992 nömrəli qərarından vermiş olduğu şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X23 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2090/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2090/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver