Məhkəmə qərarları › İş №3(060)-2091/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2091/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2091/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək əmək mübahisələri ilə bağlı şikayəti üzrə X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin qərarı Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun gəlmədiyi və işçi kimi hüquqlarını pozduğu üçün ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-415/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilərək işə yenidən baxılması üçün material yeni məhkəmə baxışına hazırlıq mərhələsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X2 tərəfindən sənədlər Məhkəməyə natamam şəkildə təqdim edilmişdir. Belə ki, şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmiş, həmçinin belə bir qərarın mövcud olması iş materialları ilə müəyyən edilməmişdir. Buna görə də X1 müraciəti baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar