Məhkəmə qərarları › İş №3(060)-2093/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2093/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2093/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X7 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, İcra sənədi üzrə tələbkar - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, subay ali təhsilli, hazırda marketdə satıcı işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X11 tərəfindən 17 iyun 2021-ci il tarixdə vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5884/2020 saylı, 19.03.2020-ci il tarixli icra sənədlərinə əsasən Şəxs qazancının və ya başqa gəlirlərinin 1/3 miqdarında 13.11.2019-cu il tarixindən başlayaraq 19.12.2015-ci il təvəllüdlü X3 və 25.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə tutulmalıdır. Həmçinin Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 26.10.2020-cı il tarixli 2 (060)-5884/2020 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 19.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şəxs yetkinlik yaşına çatmayan övladları X5 və 25.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X12 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5884/2020 saylı, 19.03.2020-ci il tarixli icra sənədlərinə əsasən Şəxs qazancının və ya başqa gəlirlərinin 1/3 miqdarında 13.11.2019-cu il tarixindən başlayaraq 19.12.2015-ci il təvəllüdlü X3 və 25.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xeyrinə tutulmalıdır.Həmçinin Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 26.10.2020-cı il tarixli 2 (060)-5884/2020 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 19.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şəxs yetkinlik yaşına çatmayan övladları X3 və 25.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Borclunun hazırda 3320 manat məbləğində borcunun olmasını nəzərə alaraq protokolun təmin olunmasını və Şəxs barəsində intizam tənbehinin tətbiqinə dair Qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən tərəfindən yetkinlik yaşına çatmayan övladları X3 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqlacəmi 280 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Əvvəllər “xxxx” MMC-də rəsmi işlədiyindən aliment onun qazancının 1/3-nə yönəldilmişdir. Lakin 2020-ci ilin mart ayından qolundan xəsarət aldığından və qolu zədələndiyindən 6 ay müddətinə bülletendə olmuş və daha sonra onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin sentyabr ayından isə qardaşının yanında meyvə-tərəvəz satışı ilə məşğul olur. Aylıq gəliri təxminən 300 manatdır. Lakin buna baxmayaraq həmin pula da anasının pensiyasından əlavə edərək yığılmış aliment borclarını da azaltmaq üçün 300 və 400 manatdan ödənişlər edir. Sonuncu dəfə isə 17 iyun 2021-ci il tarixində 400 manat məbdəğində ödəniş etmişdir. Onun aliment borcunu qərəzli olaraq ödəməmək kimi bir niyyəti də yoxdur. Sadəcə olaraq qazancı az olduğundan əvvəlki borclarını tam ödəyə bilmir. İyun ayının sonunda da aliment borcundan daha 500 manat ödəməyi üzərinə götürür. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən icra sənədi üzrə borclu şəxs Şəxs tərəfindən hər ay iki yetkinlik yaşına çatmayan övladının saxlanması üçün hər birinə 140 manat olmaqla hər ay ümumilikdə 280 manatın onun xeyrinə tutulması qət edilsə də Şəxs ödənişləri hər ay eyni vaxtda etmir və üstəlik onun hazırda 3320 manat ödənilməmiş aliment borcu vardır. Odur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və icra sənədi üzrə tələbkarın izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarından da görünür ki, Şəxs 2020-ci ilin sentyabr ayından başlayaraq mütəmadi olaraq aliment ödənişləri etmişdir. Belə ki, icra sənədi üzrə tələbkar şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş ödəmə qəbzlərindən görünür ki, Şəxs tərəfindən 14.09.2020-ci il tarixində 300 AZN, 05.10.2020-ci il tarixində 200 AZN, 06.11.2020-ci il tarixində 200 AZN, 08.12.2020-ci il tarixində 300 AZN,10.01.2021-ci il tarixində 300 AZN, 02.02.2021-ci il tarixində 300 AZN, 03.02.2021-ci il tarixində 100 AZN, 19.03.2021-ci il tarixində 400 AZN, 28.05.2021-ci il tarixində 400 AZN, 17.06.2021-ci il tarixində isə 400 AZN ümumilikdə 10 ay ərzində 2900 manat aliment ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs bir müddət işsiz olmuşdur. Şəxs 2021-ci ilin aprel ayı istisna olmaqla, demək olar ki, 10 ay ərzində mütəmadi aliment ödənişi etməsi, həmçinin onun yığılmış aliment borcundan da azaltmaq məqsədi ilə qətnamə ilə müəyyən edilmiş məbləğdən də artıq məbləğdə ödəniş etməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmək kimi bir niyyətinin olmadığını göstərir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli ərizədən görünür ki, icra sənədi üzrə tələbkar hər ay 500 manatdan aliment ödənişi etməyi üzərinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapiitalbank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar