Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2093/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin axtarış üzrə baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, dalan 4, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin axtarış üzrə baş inspektoru polis mayoru X5 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Vaz 21074 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, dalan 4, fərdi evdə yaşayan Şəxs Sumqayıt şəhəri, xx.xx.2022-ci ildə saat 06:50-də M.Əsədov küçəsində ara məsafəsi saxlamayıb nəticədə “Toyota” markalı **-SV- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və hadisə yerini tərk edib. Araşdırma zamanı sürücülük vəsiqəsi və etibarnaməsi olmadığı aşkar olunmuşdur. Hadisə nəticəsində ünvan 3 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü X3 maddi zərər yetirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 327.1, 327.6, 332.1 və 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 15 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 15 avqust 2022-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin axtarış üzrə baş inspektoru polis mayoru X5 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 06:15 radələrində idrə etdiyi Vaz 21074 minik” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, M.Əsədov küçəsində hərəkət edərkən işıqforun qırmızı işığında dayanmış “Toyota Camry minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ona maddi ziyan vurmuşdur. Hadisə zamanı sürücülük vəsiqəsi olmadığından qorxaraq hadisə yerini tərk etmişdir. Halhazırda törətdiyi əməldən peşiman olaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 332.4-cü maddədən əlavə İXM-nin 327.1, 327.6, 332.1-ci maddələri ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1, 327.6, 332.1ci maddələri ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan X2 izahatında qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 06:50 radələrində özünə məxsus “Toyota Camry minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsi, “Qərab” sarayı şadlıq evinin qarşısında işıqforda dayandığı zaman, arxadan gələn ağ rəngli “Vaz 21074 minik” markalı avtomobilin sürücüsü avtomobilini arxadan vuraraq ona maddi ziyan vurmuş və hadisə yerini tərk etmişdir. Hadisə zamanı xəsarət alan olmamış və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsini qeyd etmişdir. İşdə olan qiymətləndirmə aktından görünür ki, X2 idarə etdiyi “Toyota Camry minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ƏDV ilə birlikdə 6003,79 manat ziyan dəymişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərər şəkmiş şəxs X3 izah olunur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2093/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2093/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver