Məhkəmə qərarları › İş №3(060)-2094/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2094/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2094/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib edən Sumqayıt ŞPİ-nin DPYŞ-nin axtarış üzrə baş inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, Cabir Novruz küçəsində manevr qaydalarını pozmuş, nəticədə X1 məxsus “KİA” markalı, **-NY-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş və hadisə yerini tərk etmişdir. Araşdırma zamanı sürücülük hüququ olmadığı aşkar olunmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib edən Sumqayıt ŞPİ-nin DPYŞ-nin axtarış üzrə baş inspektoru, polis leytenantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, Cabir Novruz küçəsində manevr qaydalarını pozmuş, nəticədə X1 məxsus “KİA” markalı, **-NY-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş və hadisə yerini tərk etmişdir. Araşdırma zamanı sürücülük hüququ olmadığı aşkar olunmuşdur. X1 800 (səkkiz yüz) manat maddi ziyan dəymişdir. Protokolu müdafiə etdiyini və Şəxs qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə 22:30 radələrində özünə məxsus olan “Naz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X6 küçəsi ilə hərəkətdə olduğu zaman döngəyə daxil olan zaman X1 məxsus “KİA” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toxunmuş və həmin avtomobilə maddi zərər yetirmişdir. Ailəsi avtomobildə olduğu üçün ailəsini evə düşürdərək hadisə yerinə qayıtmış və toqquşduğu avtomobilin sürücüsü ilə razılığa gələrək vurduğu maddi ziyanı ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş 800 (səkkiz yüz) manat maddi ziyandan 470 (dörd yüz yetmiş) manatını ödəmiş, 330 (üç yüz otuz) manatını isə ödəyəcəyini bildirmiş, lakin imkanı olmadığına görə ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır. İİ qrup əlil olduğunu, İ Qarabağ müharibəsində iştirak etdiyini və yaralandığını, himayəsində 03 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olması və himayəsində 03 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq avtomaşınla toqquşmuş və yoxlama zamanı Şəxs sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar