Məhkəmə qərarları › İş №3(060)-2095/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2095/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2095/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs - X2 iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 17.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 30.04.2021-ci il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində qısqanclıq zəminində Müqəddəs Kərimovanı döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs R.Hüseynov Şəxs barəsində onun X3 döyməsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair 26.05.2021-ci il tarixdə qərar çıxarıldığını, bu səbəbdən də əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati xətaya dair protokol tərtib olunduğunu bildirərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X3 aralarındakı münaqişə yaranmamışdan təxminən üç gün öncə tanımışdır. Belə ki o, Müqəddəsin onun həyat yoldaşının “Tiktok” səhifəsinə sevgi mesajları yazdığını görmüş, həyat yoldaşı Ruslandan şəxsin kim olduğunu maraqlanmış, Ruslan həmin şəxsi tanımadığını bildirmişdir. Həmin qadının həyat yoldaşına yazdığı ifadələrə görə “Tiktok” sosial şəbəkəsində şərh hissəsində ona öz iradını bildirmiş, həyat yoldaşına mesajlar yazmamağı tələb etmişdir. 30.04.2021-ci il tarixdə Müqəddəs onun telefonuna mesaj yazaraq onunla görüşmək istədiyini bildirmiş, onunla Sumqayıt şəhəri, bazarın yaxınlığında görüşmüşlər. Həmin vaxt orada Müqəddəsin həyat yoldaşı Ruslanın avtomobilində ön oturacaqda əyləşdiyini görmüş, buna görə də əsəbiləşib avtomobilə tərəf getmiş, əlini atıb Müqəddəsi avtomobildən düşürtmək istəmiş, bu zaman onun hicabı açılmış, Ruslan isə münaqişənin dərinləşəcəyini görüb avtomobili sürüb Müqəddəs ilə oradan uzaqlaşmışlar. Hadisə vaxtı Müqəddəsin hicabındakı qotazından tutmuş, lakin sonuncu ona tərəf gəlmədiyi üçün uzaqlaşdığı üçün başındakı hicab açılmışdır. Hadisə zamanı həmçinin onunla birlikdə rəfiqəsi Samirə də orada olmuş, lakin o, Müqəddəsə qarşı heç bir qanunsuz hərəkət etməmiş, əksinə onu sakitləşdirməyə çalışmışdır. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Sumqayıt İncəsənət Mədəniyyət evinin xanənədə solisti vəzifəsində işləyir. “Tiktok” sosial şəbəkisinin aktiv istifadəçisidir. İşi ilə əlaqədar olaraq həmin sosial şəbəkədə iştirak etdiyi xınayaxdı mərasimləri ilə bağlı videolar paylaşır. Təxminən 3 ilə yaxın müddətdir ki, “Tiktok” sosial şəbəkisinin izləyicisi olan Ruslan adlı şəxslə münasibətləri yaranmışdır, Ruslanın həyat yoldaşı Şəhla onları qısqanaraq onun paylaşdığı videoların şərh hissəsinə ona qarşı təhqiramiz ifadələr yazmış, buna görə də Ruslandan həyat yoldaşının nömrəsini almış, Şəhlaya məxsus telefon nömrəsi ilə əlaqə saxlayaraq aralarında olan bu narazılığı yoluna qoymaq üçün sonuncuya zəng edərək Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığına görüşə çağırmış, 30.04.2021-ci il tarixdə Şəhla Samirə adlı qadınla birlikdə onun yanına gəlmiş, həmin vaxt özü Ruslanla birlikdə sonuncuya məxsus olan avtomobildə olmuşlar. Şəhla və onun yanındakı Samirə adlı qadın avtomobilin qapısını açaraq onun hicabından tutub boğmağa başlamış, bu zaman Ruslan onu xilas etmək üçün avtomobili sürərək onunla birgə oradan uzaqlaşmışdır. Hadisə təxminən 5-7 dəqiqə davam etmiş, hadisə zamanı səs-küy olmamış, oraya kənar şəxslər gəlməmiş, aralarında olan münaqişə şəxsi münasibətlər zəminində baş vermiş, hadisə zamanı boğaz nahiyəsindən xəsarət almış, əl və baldır hissəsi sıyrılmışdır. İş üzrə şahid qismində izahat vermiş X7 göstərdi ki, təxminən 3 ilə yaxındır ki, Müqəddəs Kərimovanı tanıyır. Onunla “Tiktok” sosial şəbəkəsində tanış olaraq qeyri-rəsmi münasibət saxlamış, onunla münasibətdə olmağından həyat yoldaşı Şəxs əvvəllər xəbəri olmasa da, sonradan həyat yoldaşının bunu öyrənməsi ilə ailəsində problemlər yaranmağa başlamış, həyat yoldaşı Müqəddəsə müxtəlif məzmunlu mesajlar yazdıqdan sonra Müqəddəs ondan Şəhlanın telefon nömrəsini istəmiş, o da həyat yoldaşının nömrəsini vermişdir. 30.04.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində Müqəddəslə birgə öz avtomobili ilə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində Karvan Ticarət Mərkəzinin yaxınlığında avtomobilini saxlamış, bu zaman həyat yoldaşı Şəhla onun rəfiqəsi Samirə də orada olmuş, Şəhla əlini ataraq qapını açmış, Müqəddəsin hicabından tutub onu aşağı salmağa çalışmış, Müqəddəsə xəsarətlər yetirmiş, mübahisənin dərinləşəcəyindən ehtiyat edərək avtomobili sürüb oradan uzaqlaşmış, Samirə həmin vaxt sadəcə hadisənin şahidi olmuş, Müqəddəsə əl vurmamışdır. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Qulamov X1 Şəhla Rizvan qızı barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 26.05.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 4-cü PByə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 08.05.2021-ci il tarixli 504 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, X2 bədəni üzərində boyunun ön səthinin orta 1/3-nin ön səthinin, sol əlin 4-cü barmağının orta (medial) falanqasının arxa səthinin, sağ aşıq baldır oynağının iç səthinin sıyrıqları, sağ bazunun orta 1/3-nin bayır səthinin, sol əlin arxa səthinin 3-cü əl-daraq sümüyü proyeksiyasının qançırları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla 30.04.2021-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və müdafiəçinin çıxışını dinləyib belə hesab edir ki, Şəxs X4 xəsarət yetirməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar