Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2097/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati tənbeh ermə haqqında qərar qəbul etmiş şəxs X6, Şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Sumqayıt ŞPİ X14 X13 Xidmətinin inspektoru X6 04.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə 18 iyun 2021-ci ildə X4 Sumqayıt ŞPİ X14 X13 Xidməti inspektoru X6 04.06.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material daxil olmuşdur. X3 Yol Polisi Əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər DYPŞ tərəfindən 04.06.2021-ci ildə TP ******* saylı qərar qəbul edilmiş və o Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. O, barəsində tərtib olunmuş qərarla razılaşmır. Belə ki o, svetoforun yaşıl işığında stop xəttini keçmişdir. Qarşısındakı yük avtomobili gec hərəkət etdiyinə görə o svetoforun qırmızı işığında yol ayrıcında qalmışdır. Yol hərəkəti qanununa əsasən qırmızı işıqda yol ayrıcında qalan şəxs dönmə əməliyyatını bitirməlidir və o da dönmə əməliyyatını yerinə yetirmişdir. Qanuna zidd heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında X7 şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh ermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ X14 X13 Xidməti inspektoru, polis baş serjantı X2 Şəmsi Süleyman oğlunun dediklərinin həqiqətə uyğun olmadığını, onun tərəfindən inzibati xətanın törədilməsinin videogörüntü ilə təsdiq edildiyini, X4 avtomobilinin Sumqayıt şəhəri ərazisində saxlanıldığını, həmin vaxt inzibati xətanın törədilməsini təsdiq edən videogörüntünün X5 göstərilməsini qeyd edərək inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, X7 04.06.2021-ci il tarixdə, o, svetoforun qırmızı işığında yolu keçmişdir. Qarşısındakı yük avtomobilinin gec hərəkət etməsi ona svetoforun qırmızı işığında keçmək səlahiyyəti vermir. Məhkəmədə Sumqayıt ŞPİ X14 X13 Xidməti inspektoru, polis baş serjantı X6 təqdim etdiyi videogörüntüyə baxıldı və bir daha müəyyən edildi ki, X7 barəsində qəbul edilmiş qərar asaslı və qanunidir. X1 qırmızı işığında yolu keçmişdir. Beləliklə, X4 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt ŞPİ X14 X13 Xidməti inspektoru X6 04.06.2021-ci il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2097/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2097/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver