Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2098/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində və xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus yaşadığı binanın blokundan 07 (yeddi) ədəd dibçək, 01 (bir) ədəd suvenir, ayaqaltı və 30 (otuz) manat dəyərində içərisində gül olan dibçək oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək bildirdi ki, o, narkotik vasitə aludəçisi olduğunu və gündəlik narkotik qəbul etmək üçün pula eytiyacı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 04:00 radələrində evdə olan zaman səhhəti ilə əlaqədar hava almaq məqsədi ilə çölə çıxmış, bir qədər gəzə-gəzə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisinə çatmış və orada olan qaranlıq küçələrin birində yerləşən yaşayış binasının blokuna daxil olmuşdur. Bloka baxış keçirən zaman orada bir neçə dibçək və suvenirlərin olmasını aşkar etmiş, çölə çıxmış və ətrafda hər hansı bir insanın olmamasına tam əmin olduqdan sonra yenidən bloka daxil olmuşdur. Blokda olan 02 (iki) dibçək götürərək tez bir zaman ərzində oradan uzaqlaşmışdır. Ertəsi gün oğurladığı əşyaları Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə hamisini birlikdə 20 (iyirmi) manata satmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, 11 mikrorayon ərazisində yerləşən 3 nömrəli evin 2-ci bloku açıq olmuş və o bloka daxil olmuşdur. O, pilləkanla yuxarıya qalxmış, evin 3-cü mərtəbəsində pilləkanda içərisində gül olan dibçək görmüş, həmin gül dibçəklərindən 02 (iki) ədədini gizli olaraq oğurlamış və oradan uzaqlaşmışdır. Həmin günün səhəri gül dibçəklərini yaşadığı məhəllədən yoldan keçən tanımadığı şəxsə birini 5 manata satmış və pulu özünə xərcləmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər radələrində evdən çıxıb işə gedən zaman yaşadığı evin blokunun dağınıq olmasını aşkar etmiş, bir qədər ətrafa göz gəzdirmiş, yaxınlıqda yaşayan qonşular və ətrafdakı insanlarla bu barədə maraqlanmış, lakin müsbət bir nəticə əldə edə bilməmişdir. Daha sonra yenidən bloka daxil olmuş və baxış keçirən zaman orada olan 07 (yeddi) ədəd dibçəyin, 01 (bir) ədəd suvenirin, 01 (bir) ədəd ayaqaltının yerində olmadığını aşkar etmiş, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzinə zəng edərək oğurluq barədə məlumat vermiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində yaşadığı mənzildən çıxdıqda pilləkanda ona məxsus hər biri 10 (on) manat olmaqla, ümumilikdə 30 (otuz) manat dəyərində gül dibçəklərinin oğurlandığını aşkar etmiş və yenidən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Ona dəyən ziyanın ödənilmədiyini bildirdi. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbacan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 13 avqust 2022-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2098/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2098/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver