Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2098/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Dənizçi küçəsi, ev 106 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 13 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025ci il tarixdə saat 23:00 radələrində Şəxs H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, ev 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə quraşdırılmış kameraları sındıraraq 160 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 bildirmişdir ki, təhqiqat qərarı əsasında Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş, lakin tərəflərin izahatını almamış, təhqiqat araşdırması dövründə alınmış izahatlarla kifayətlənmişdir. Hadisə ilə bağlı videogörüntülərə baxmamışdır. Lakin bildirmişdir ki, Zərərçəkmiş şəxs sözügedən işlə bağlı dəfələrlə Polis bölməsinə müraciət etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2025-ci il tarixində iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Həyətdə olan kameraları sındırmamışdır. Bununla bağlı videogörüntülər mövcuddur, orada azyaşlı 2 uşağın kameraları sındırdığı görünür. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2-ci PB-də izahatı alınarkən təqsirini etiraf etməsinin səbəbi zərərçəkmiş şəxslə barışmaq istəməsi, atasının insult keçirməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, avqust ayının 2-3-ü həyətinə 2 ədəd kamera quraşdırılmış, lakin həmin kameralar naməlum şəxs tərəfindən sındırılmışdır. Daha sonra avqust ayının 5-6-sı həmin sındırılmış kameraları düzəltmiş və həyətinə başqa 3-cü kamera quraşdırılmışdır. Həyətindəki kameralar ilk dəfə sındırıldıqdan sonra 2-ci Polis Bölməsinə müraciət etmiş onun izahatı alınmış, lakin lazımi tədbirlər görülməmişdir. Bundan sonra avqustun 12-i həyətinə naməlum 2 nəfər maskalı şəxs girərək kameralarını sındırmışdır. Bununla bağlı yenə 2-ci Polis Bölməsinə müraciət etmiş, onun izahatı alınmış, lakin lazımi tədbirlər görülməmiş və ona işdə cinayət əməlinin olmadığını bildirmişlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2 kameranın sındırılmasıyla bağlı arayışda qeyd olunmuş məbləğin miqdarı ilə razıdır və onu mübahisələndirmir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür kİ, nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-ə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 23:00da evdə olmadığı vaxt naməlum şəxslər onun evinə daxil olaraq kameralarını sındıraraq maddi ziyan vurmuş, lakin oğurluq baş verməmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, ev 5-də onun ata evidi. Zərərçəkmiş şəxs atasının ikinci həyat yoldaşıdır. Həmin evlə bağlı onların arasında hal-hazırda mübahisə gedir. xx.xx.2025-ci il tarixdə o ata evi olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, ev 5 tərəfə getdi və həyətinə bağça tərəfdən daxil oldu. Həmin ev onun ata evi idi. Sonradan atası həmin evi Zərərçəkmiş şəxs adına keçirtdi. Lap əvvəl isə həmin ev ona məxsus olmuşdur. Həyətdə olarkən asılqan olan qamakın orda olmadığını, evin ətrafına baxan zaman həyətdə kameraların yerləşdirilməsini gördüm. Bunların Zərərçəkmiş şəxs tərəfindən olduğunu bildi və əsəbləşdi. Sonra isə o axşam üzünü bağladı və həmin atasının evinə bağça tərəfdən daxil oldu. İlk öncə həyətdə gördüyü kameranı əlindəki taxta ilə vurdu və sındırdı. Sonra isə darvazanın sağ tərəfində olan kameraya tərəf getdi. Orada hasarın arxasında əlində olan taxta ilə vurdu onu da yararsız vəziyyətə gətirdi. Sonra isə bağça tərəfdən hasardan çıxıb getdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs fərdi yaşadığı evin həyətində yerləşdirilmiş 2 ədəd kameranın qiyməti 160 manat təşkil edir. İş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, xx.xx.2025-ci il tarixində 2 nəfər şəxs evin həyətyanı sahəsində kamera qurğularına zərər vuraraq nasaz vəziyyətə gətirir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, protokolu tərtib etmiş polis sahə rəisi tərəfindən lazımı qaydada araşdırma aparılmamış, material natamam şəkildə məhkəməyə göndərilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra aidiyyəti üzrə Sumqayıt ŞPİ 2-ci PB-yə göndərilmişdir. Polis sahə rəisinin icraatına daxil olan inzibati xəta haqqında iş üzrə tərəflərin izahatı alınmamış, təhqiqat materialı ilə kifayətlənmişdir. Bundan başqa zərərçəkmiş şəxsin məhkəmə iclasında təqdim etdiyi, hadisə baş verən gün qeydə alınmış videogörüntü materialları araşdırılmadan protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunan natamamlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilməsi mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qərardaddan apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2098/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2098/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver