Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2099/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 18.06.2021-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs oğlu 17.06.2021-ci il tarixdə saat 11:40da Sumqayıt Şəhər Məhkəməsində ictimai qaydanı pozaraq polisə qarşı tabesizlik edərək hadisə yerindən qaçmışdır. Bununla da, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 17.06.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə qardaşı X2 məhkəmə prosesi keçirilməsi səbəbi ilə məhkəməyə getmişdir. Məhkəmə prosesinin geçikdiyini görəndə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarına yaxınlaşıb qardaşını gətirib-gətirməmələrini soruşmuşdur. Yox cavabı eşidəndə səbəbini soruşmuş, həmin polis əməkdaşı yəqin təxirə düşdüyünü deyib hər ehtimala qarşı hakimdən soruşmağı bildirmişdir. O, məhkəmə binasında yerləşən telefon vasitəsi ilə hakimin köməkçisi ilə əlaqə saxlamış, o, məhkəmə prosesinin təxirə düşmədiyini və gətirilməsi ilə bağlı göstəriş verildiyini demişdir. O, yenidən polis əməkdaşına yaxınlaşıb məhkəmə prosesinin təxirə düşmədiyini və dustağın gətirilməsi ilə bağlı göstəriş verildiyini bildirmiş və gətirilməmə səbəbini soruşmuşdur. Həmin polis əməkdaşı isə cavabında ürəyim belə iştəyir gətirməmişəm demişdir. O, yenidən soruşanda digər polis əməkdaşı yer olmadığını bildirdi və bu səbəbdən gətirmədiklərini demişdir. O, ona cavabında başqasını saxlamaq olmazdı dedikdə polis əməkdaşlarından biri aqressiv şəkildə ona səs tonunu yüksəldərək onu tutmaq istədikdə, o, üzünü çevirib qaçmışdır. Çölə çıxanda polis əməkdaşları ilə aralarında söz mübahisəsi yaranmış və o, həmin yeri tərk etmişdir. O, heç kimi söymədiyini, lakin polisin tələbinə tabe olmadığını bildirmişdir. Ona görə də, onun barəsində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X10 izahatında göstərdi ki, 17.06.2021-ci il trixdə saat 11:40 radələrində iş yoldaşı, Sumqayıt ŞPİ-nin konvoy manqasının konvoy polis nəfəri X7 ilə birlikdə məhkəmə proseslərinə təqsirləndirilən şəxsləri gətirmişlər. Məhkəmənin inzibati binasında olarkən tanımadıqları bir nəfər sonradan adının Şəxs olduğunu bildiyi şəxs yaxınlaşaraq X3 məhkəməyə gətirib-gətirmədiklərini soruşmuşdur. Həmin şəxsə Nicat Muxtarovu sonra gətirəcəklərini bildirmişlər. Həmin şəxs kənara çəkilərək polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin şəxsə məhkəmənin binasında olduğunu, əməllərinin qanunsuz olduğunu bildirib hərəkətlərinə son qoymasını tələb etmişdir. İbrahim nalayiq ifadələr işlətməklə, onların göstərişlərinə tabe olmamaqla hərəkətlərini davam etdirmiş, onu intizama dəvət etmək istəyəndə isə qaçmışdır. Hadisə təxminən 10 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid X7 izahatında digər şahid X4 izahatında göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, 2014-cü ildən Mühafizə Polisində xidmət edir. 17.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində post yoldaşı X8 ilə xidmətə çıxmışdır. Saat təxminən 11:30 radələrində Şəxs Sumqayıt ŞPİ-nin konvoy polis nəfərləri ilə mübahisə edərək nalayiq söyüşlər söydüyünü görüb yaxınlaşaraq əməlinin qanunsuz olduğunu, məhkəmənin binasının ictimai yer olduğunu, dövlət müəssisəsində qanunlara riayət etməsini tələb etmişlər. Həmin şəxs onların və Sumqayıt ŞPİ-nin əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərinə haqq qazandıraraq aqressivlik nümayiş etdirərək hərəkətlərinə davam edib ümumilikdə polisin ünvanına nalayiq ifadələr işlədərək qəsdən qışqırıb səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etməyə çalışmış, bir neçə dəqiqəlik orada iş rejimi pozulmuşdur. Sonra qaçıb getmişdir. Məhkəmə iclasında şahid X9 izahatında göstərdi ki, Qubadlı Rayon Məhkəməsində sürücü işləyir. 17.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında olarkən görmüşdür ki, İbrahim konvoyla mübahisəyə başlamış, sonra söyüşlər söymüş, polislər onu saxlamaq istədikdə qaçmışdır. O qaçanda digər şəxs (sonra bilmişdir ki, bu Məhərrəmov Gündüzdür) müdaxilə etmiş, söyüş söymüş, sakitləşməmiş, kənardakı vətəndaşlar onun səsinə toplaşmışlar, polislər onu sakitləşdirərək məhkəmənin binasına aparmışlar. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 18.06.2021-ci il tarixdə, saat 11:10-da inzibati qaydada tutulmuş, həmin gün saat 16:10-da azad edilmişdir Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, ictimai qaydanı pozmuşdur, onun intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla mübahisə etmiş, onları ətrafdakıların yanında söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 18 iyun 2021-ci il tarixdən, saat 11:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2099/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2099/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver