Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-210/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 3 PB-nin sahə rəisi Kamran Sahibovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə 13.01.2021-ci il tarixli, MN seriyalı 0919436-085 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 31.10.2020-ci il tarixdə vətəndaş X1 “Samsung Note-9” markalı 2099 manat dəyərində telefonunu qəsdən sındırmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin baxılması 15.03.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kamran Sahibov izahat verərək bildirdi ki, 19 dekabr 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin, İŞ-nin müstəntiqi, polis kapitanı Turan Hacıyev tərəfindən ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 13.01.2021-ci il tarixli, MN seriyalı 0919436-085 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 16 ildən çox müddətdir ki, X2 tanıyır, 2017-ci ildən onunla rəsmi nikaha girərək ailə həyatı qurmuş, Ülviyyə ilə ailə həyatı quran zaman Ülviyyənin birinci nikahdan Nurlan adlı övladı olmuş, Nurlan onlarla birlikdə yaşamamış, birgə nikah müddətində ona məxsus ünvan 2 ünvanında yaşamış, onun xasiyyəti Ülviyyə ilə uyğun gəlmədiyi üçün rəsmi olaraq 2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə boşanmış, Ülviyyədən ayrıldıqdan bir müddət sonra Ülviyyə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron" yaşayış kompleksinə köçmüş, həmin müddətdə o, Ülviyyənin yaşadığı mənzilə Ülviyyənin istifadəsində olan mobil nömrədən gələn zənglərdən sonra 2-3 dəfə getmiş, belə ki, Ülviyyə ona zəng edərək evdə tək qaldığını, darıxdığını və evinə gəlməyini demiş, o da keçmiş həyat yoldaşı olduğu üçün evinə getmişdir. 31.10.2020-ci il tarixdə, saat 21:00 radələrində istifadəsində olan ***-***-**- ** mobil nömrəyə Ülviyyə gizli nömrədən zəng edərək onun yaşadığı evə gəlməyini bildirmiş, o da həmin zəngdən yarım saat keçməmiş Ülviyyənin yaşadığı evə getmiş, Ülviyyə qapını açmış, o, evə daxil olmuş, Ülviyyə ilə hal-əhval tutmuş, qonaq otağına keçərək divanda oturmuş, Ülviyyənin “Samsung J 3" markalı mobil telefonuna zəng gəlmiş, Ülviyyə də telefonunu götürərək mətbəxə keçmiş, o, Ülviyyənin əlində olan mobil telefonla şəklini çəkdiyini və səsini yazdığını görmüş, həmin vaxt telefonu “razetka”ya taxdığı üçün oradan çıxardıb çəkdiyi şəkilə və səs yazılarına baxmaq istəyərkən, telefonunun kodda olduğunu görmüş, Ülviyyədən kodu soruşduqda, Ülviyyə kodu ona deməmiş, o da bu səbəbdən əsəbləşərək həmin mobil telefonu dizinə vuraraq sındırmış və telefonu yerə ataraq evdən çıxıb getmişdir. Bu hadisədən 3 gün sonra onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət edərək Ülviyyənin şikayət etməsini bildirmişlər. Ülviyyənin göstərdiyi tarixdə, yəni 31.10.2020-ci il tarixdə Ülviyyəni vuraraq ona hər hansı bədən xəsarəti yetirməmiş, Ülviyyə bununla bağlı yalan ifadə vermiş, Ülviyyə Cavadova tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri hansı şəraitdə almasından məlumatı olmamış, hadisə Ülviyyənin evində baş vermiş, orada həmin vaxt Ülviyyə və özü olmuşdur. Həmçinin Ülviyyəyə məxsus sındırdığı telefon “Samsung J 3" markalı telefon olmuş, “Samsung Note- 9” markalı olmamışdır. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, birinci dəfə 1999cu ildə ailə həyatı qurmuş, 2002-ci il tarixdə rəsmi olaraq boşanmış, bu nikahdan Nurlan adlı bir övladı olmuş, həmin vaxtdan indiyədək valideynləri ilə birgə başqa ünvanda yaşamış, ikinci dəfə 2017-ci il tarixdə əvvəldən tanıdığı Elşən adlı şəxslə rəsmi olaraq nikaha daxil olub ailə həyatı qurmuş, Elşənlə ailə həyatı qurduğu müddətdə onunla münasibətləri heç vaxt normal olmamış, belə ki Elşən evə çox vaxt sərxoş halda gələrək onunla kobud rəftar etmiş, onu döymüş, buna səbəb o, Elşənə məxsus mobil telefona gəlibgedən zənglərə və mesajlara baxmağı olmuş, həmçinin Elşən işdən evə gələrkən ona böhtan ataraq evə yad adamları saldığını deyərək onu şərləyərək tez-tez döymüş, o, bu barədə dəfələrlə DİN-nin 102 xidmətinə müraciət etmiş, ərazi PB-də araşdırma aparılmış, məhz bu səbəblərə görə o, rəsmi olaraq 2018-ci ilin iyul ayında Elşənlə boşanmış, o, Elşəndən boşandıqdan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal Abşeron ərazisində yerləşən mənzilə köçmüş və həmin mənzildə tək yaşamış, lakin buna baxmayaraq Elşən mütəmadi olaraq onun evinə gələrək onu narahat edərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə 31.10.2020-ci il tarixdə, saat 21:30 radələrində o, evdə olarkən qapı döyülmüş, qapını açarkən Elşənin olduğunu görmüş, Elşən içəri daxil olarkən onu əli ilə itələmiş, o, divara dəymiş, daha sonra otağa keçərək içkili vəziyyətdə divanda uzanmış, o, Elşənə evdən getməyini demiş, qaçıb qapını açıb evdən çıxmaq istəmiş, Elşən onu təhqir etməyə başlamış, Elşən ona evə yad kişiləri gətirdiyini demiş, o, Elşənə belə hadisə olmadığını deyib irad bildirərkən Elşən divandan ayağa qalxaraq yerdəki stulu götürüb qoluna vurmuş, saçından tutaraq paltarını cırmış, daha sonra paltarı cırıldığına görə yataq otağına əynini dəyişmək üçün keçmiş, Elşən yenə arxasınca gəlmiş, təpiklə sol ayağından vurmuş, taxtın üzərinə yıxılmış, o, taxtdan durmaq istəyərkən Elşən ona imkan verməmiş, o da məcbur olub Elşəni taxtın üzərinə tərəf itələmiş, bu zaman taxt qırılmış, həmin taxtı 2018-ci il tarixdə 1500 manat məbləğə almış, daha sonra mobil telefonuna zəng gəlmiş, o, telefonu götürmək istəyərkən Elşən telefonu onun əlindən almış, yumruqla sağ qoluna və başına zarbələr endirmiş, o, telefonu Elşənin əlindən almag istəmiş, Elşən ona guya səsini yazdığını deyərək ona məxsus 2019-cu il tarixdə 2000 manat məbləğə aldığı “Samsung Note 9" markalı telefonunu dizinə vuraraq qırmış, bundan sonra Elşən evdən çıxıb getmiş, telefonu qırıldığı üçün ondan bir mərtəbə aşağıda yaşayan qonşusu Validənin evinə gedərək öz mobil nömrəsi ilə onun telefonundan polis sahə rəisinə və DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə onun yaşadığı mənzildə baş vermiş, orada həmin vaxt keçmiş həyat yoldaşı Elşən və özü olmuşdur. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. İnzibati işin materiallarında olan 19.12.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. İnzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-166/2021 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25.02.2021-ci il tarixdə baxılmış və Şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-166/2021 saylı, 25.02.2021-ci il tarixli hökmündən görünür ki, məhkəmədə şahid X4 göstərdi ki, Sumqayıt şəhəri, "Kristal Abşeron” yaşayış məssivi, 9-cu mikrorayon, otaq 5/35 ünvanında yaşayır, Ülviyyə Cavadovanı uzun müddətdir ki, tanımış və hal-hazırda qonşudurlar. 31.10.2020-ci il tarixdə, saat 21:30 radələrində Ülviyyə Cavadova onun yaşadığı evin qapısını həyacanlı və təlaşlı halda döymüş, o qapını açmış, Ülviyyə içəri keçmiş, o, Ülviyyədən nə baş verdiyini və niyə əsdiyini soruşduqda Ülviyyə keçmiş həyat yoldaşı Elşən adlı şəxsin 10 dəqiqə bundan qabaq yaşadığı mənzilə gələrək onu döydüyünü, yataq taxtını sındırdığını bildırmış, əlində olan mobil nömrəni göstərərək özünə məxsus Samsung Note 9 markalı mobil tefonunu sındırdığı üçün onun mobil telefonuna öz nömrəsini taxaraq DİN-nin 102 xidmətinə zəng etmək istədiyini demiş, o da öz mobil telefonunu Ülviyyəyə vermiş, Üluyyə polis sahə rəisinə və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ülviyyəyə təxminən 10 dəqiqə öncə onların evindən qışqırıq səslərini eşitdiyini, həmin səslərin Elşənın gəlib onu döyməsi və əşyalarını sındırması ilə bağlı olduğunu başa düşməsini bıldirmiş, daha sonra Ülviyyə ona qollarını, ayağını göstərərək Elşənin onu stulla, yumruqla vurduğunu demiş, o da həmin yerlərin həqiqətən də qızarmış vəziyyətdə olduğunu görmüşdür. Həmçinin məhkəmədə şahid X8 göstərmişdir ki, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də polis sahə rəisi vəzifəsində xidmət aparır, xidməti ərazisi Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisidir. 31.10.2020-ci il tarixdə, saat 22:00 radələrində Ülviyyə Cavadova adlı şəxs onun istifadəsində olan mobil telefonuna zəng edərək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon "Kristal Abşeron” ünvanındakı mənzilinə keçmiş həyat yoldaşı Elşən adlı şəxsin gələrək onu doydüyunü, şəxsi əşyalarını sındırdığını bildirərək onun həmin ünvana gəlməyini bildirmiş, o, həmin gün xidmətdən sonra olsa da təxminən 20 dəqiqə ərzində həmin ünvana getmiş, mənzilə daxil olan zaman yerdə “Samsung Note 9” markalı mobil telefonun sındırılmış vəziyyətdə, yataq otağındakı taxtın alt hissəsinin də sınıq vəziyyətdə olduğunu görmüş, Ülviyyə Cavadovadan nə baş verdiyini soruşduqda, Ülviyyə ona bundan 1 saat əvvəl keçmiş həyat yoldaşı Elşənin onun evinə gəldiyini, onu nalayiq ifadələrlə söyüb təhqir etdiyıni, qoluna stulla, ayağına isə təpiklə xəsarət yetirdiyini, yerdə olan müxtəlif hissələrə bölünmüş mobil telefonu Elşənin dizi ilə, taxtı isə üzərinə yıxılarkən sındırdığını bildirmişdir. Ülviyyə ona qolllarını göstərmiş, Elşənin stulla vuraraq xəsərət yetirdiyini demiş, həqiqətən də o, Ülviyyənin qollarına baxarkən qızarmış vəziyyətdə olduğunu görmüş, daha sonra o, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin növbətçi hissəsinə bu barədə məlumat verərək hadisə yerinə əməliyyat qrupunun gəlməsini bildirmiş, təxminən 10 dəqiqədən sonra 3-cü PB-nin əməliyyat qrupu hadisə yerinə gələrək Ülviyyə Cavadovanın ərizəsini almışlar. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 04.11.2020-ci il tarixli 1367 saylı rəyindən görünür ki, 1978-ci təvəllüdlü X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazu nahiyyənin sağ dirsək oynağına qədər davam edən genişölçülü qançır-şişkinliyi, sağ saidin, sol bazunun, sol budun, sağəlin qançırları, təpə nahiyyəsinin və boyun nahiyyəsinin qançır şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 31.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarından görünür ki, Şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Məhkəmə barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatındakı ziddiyətli məqamları aradan qaldırmaq məqsədilə 26.01.2021-ci il tarixli qərardadla 3 (060)-210/2021 saylı iş üzrə X3 məxsus olan və 09.09.2018-ci il tarixində alınmış “Samsung N960 128 GB BLUE” markalı mobil-telefonun hazırda bazar qiyməti nəzərə alınmaqla, 31.10.2020-ci il tarixinə olan qiymətinin nə qədər olması ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. İnzibati işin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/598 saylı, 10.03.2021-ci il tarixli rəyindən görünür ki, 01 ədəd 2018-ci ildə alınmış “Samsung N960 BLUE” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasıı nəzərə alaraq nəzəri hesablama yolu ilə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 600,0 manat müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hssəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarından görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və onun törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilir. Şəxs inzibati iş üzrə özünü təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır, onun sındırdığı telefonun “Samsung J 3" markalı telefon olması iş materialları ilə təkzib olunur. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İnzibati iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. İnzibati iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-210/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-210/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver