Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2100/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 22 avqust 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 22 avqust 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. "X1" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 031457/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2,1» elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən AZ5000, ünvan 1 ünvanında qeydiyyatda Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 8054.70 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 8054.70 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd olunan faktla bağlı izahat verməsi üçün Şəxs MMC (VÖEN:**********) qeydiyyat ünvanına fərqli tarixlərdə xəbərdarlıq, bildiriş və dəvət barədə məktublar yazılmış, lakin çağırışlar üzrə kimsə gəlməmiş, şirkət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs “X1" MMC (VÖEN:**********) ilə Rusiyadan fəaliyyət göstərən QOQ “Aqora Enerdji” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********5093 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 8054.70 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 8054.70 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. "X1” MMC (VÖEN:**********) tərəfindən bağlanan müqavilə üzrə xaric iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvaöq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydasa köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 13693 (on üç min altı yüz doxsan üç mana: AZN - 8054.70 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inziba: xətanın tərkib əlamətləri aşkar edilmişdir. Həmin Məcəllənin qeyd hissəsinə əsasən “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-4/2024 saylı qərarı ilə 08 dekabr 2023-cü il tarixli EP seriyalı 013475 nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə geri qaytarılmışdır. Faktla əlaqədar Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində Şəxs MMC barəsində xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar Azərbaycan Respublikası İXM-in 483-cü maddəs ilə 00100-03169/23 saylı inzibati iş açılmışdır. Araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi izahatında Sumqayıt Şəhər Məhkəməsində qeyd olunan vəsaitin tam şəkildə 180 gün ərzində müvəkkil bank hesabına köçürüldüyünü bildirmişdir. xx.xx.2024-cü il tarixli 3(060)-4/2024 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən bu səbəb əsas götürülərək iş geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixində material yeni icraata gəbul edilmişdir. xx.xx.2024-cü il tarixli 3-33-1100/2-001132/2024 saylı məktubla Unibank ASC-nin baş ofisinə müraciət olunmuş lakin heç bir cavab verilməmişdir. xx.xx.2024-cü il tarixli 3-33- 1100/2-003288/2024 nömrəli məktubda yenidən Unibank ASC-nin baş ofisinə müraciət olunmuşdur. Unibank KB ASC-nin Sumqayıt filialından həmin məktuba cavab olaraq bildirilmişdir ki, Şəxs MMC (VÖEN:**********1 **********5093 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ixrac etdiyi mallara görə 10450 RUBİ vəsaiti Unibank KB Sumqayıt filialında olan AZ31UBAZ**********0160RUB001 hesaba Rusiya Federasiyasından “QOQ AĞORA ENERJİ”-dən (İNN**********) xx.xx.2023-cü il tarixində 22092022 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən vəsait daxil olmuşdur. Araşdırılma zamanı aydın olmuşdur ki, 180 günü keçdikdən sonra müvəkkil bank hesabına vəsait köçürülmüşdür. Həmçinin işə olunmuş konsiqnasiya əməliyyatları üzrə hesabata baxıldığı zaman aydın olur ki, xx.xx.2023-cü il tarixli **********5093 saylı gömrük bəyannaməsi üzrə ******* rubl invoys dəyəri statistik dəyər isə 36648.43 olduğu zaman həmin tarixdə ******* rus rublu bank ödənişi olunduğu halda qalıq 10450 rus rublu göstərilmişdir. Həmin tarixləri nəzərə alsaq Rus rub valyuta məzənnəsinə uyğun olaraq dəyişildiyi üçün hesabatda da göstərildiyi kimi 8054.70 ABS dolları borc galığı göstərilmişdir. İş üzrə araşdırma zamanı aydın olur ki, 2023-cü ilin həmin tarixlərində də 10450 rus rublu 8054.70 ABŞ dolları olduğu məlum olmuşdur. Həmçinin həmin məbləğin də, yəni 10450 rus rublunun 180 günü keçdikdən sonra geri gaytarıldığını və müddətin pozulduğu məlum olmuşdur. Nəticədə Şəxs MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********5093 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, "X1" MMC tərəfindən Black Rams nişanlı kişi şalvarları məhsulu Azərbaycan Respublikasından Rusiya Fedürasiyasının Moskva şəhərində yerləşən OOO “Aqora Enerdji” şirkətinə ixrac olunmuşdur. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) ilə Rusiyadan fəaliyyət göstərən ООО “Aqora Enerdji” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********5093 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 8054.70 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 8054.70 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 8054.70 ABŞ dolları milli valyutaya nisbətdə 13693 (on üç min altı yüz doxsan üç manat) AZN təşkil edir. Şəxs MMC (VÖEN:**********) qanuni təmsilçisinin kimliyini və həqiqətəndə ********** nömrə altında vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin www.etaxes.qov.az ünvanlı rəsmi internet səhifəsinə baxış keçirildi. Baxış nəticəsində müəyyən edildi ki, Şəxs MMC (VÖEN:**********) ödəyicisinin eyniləşdirmə nömrəsi iqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş darəsi tərəfindən vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-ci il tarixli Plenum Qərarında qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qaydaların 12.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Unibank KB ASC-nin Sumqayıt filialından həmin məktuba cavab olaraq bildirilmişdir ki, Şəxs MMC (VÖEN:**********1 **********5093 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ixrac etdiyi mallara görə 10450 RUBİ vəsaiti Unibank KB Sumqayıt filialında olan AZ31UBAZ**********0160RUB001 hesaba Rusiya Federasiyasından “QOQ AĞORA ENERJİ”-dən (İNN**********) xx.xx.2023-cü il tarixində 22092022 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən vəsait daxil olmuşdur. Araşdırılma zamanı aydın olmuşdur ki, 180 günü keçdikdən sonra müvəkkil bank hesabına vəsait köçürülmüşdür. Yəni qanunla müəyyən edilmiş 180 gündən sonra inzibati xəta törədilmiş hesab edilir və məhz inzibati xəta törədildiyi gündən inzibati məsiliyyətə cəlb etmə müddəti hesablanmağa başlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.4, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: AZ 5000, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2100/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2100/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver