Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2100/2025 09.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs Nağıyev Rəhman Səlimxan oğlunun, Qərarından şikayət verilmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Nağıyev Rəhman Səlimxan oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nağıyev Rəhman Səlimxan oğlu Sumqayıt şəhər DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Nağıyev Rəhman Səlimxan oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 07:00-07:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Bərpa xəstəxanası ilə üzbəüz yolda təmir getdiyi üçün maşınlar əks yolda getmək məcburiyyətində qalmışdır. Həmin gün ona məxsus **-KE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 09” markalı avtomobillə həmin yolda hərəkət edərkən, Kotec tərəfdən yola çıxan “VAZ 07” markalı jiquli maşını onun maşınının sağ qapısının ucundan və sağ təkərdən, sağ krılodan vurub maşına xəsarət yetirmişdir. Sürücü hərbi formada olan mayor rütbəli vətəndaş özünü təqdim etmədən onu təqsirkar bilərək harasa zəng etmişdir. X7 əməkdaşı gəlib hər iki sürücünün sürücülük və texniki pasportunu alıb getmişdir. “VAZ 07” markalı maşının sahibi evakuator çağırıb maşını aparmaq istəyəndə ona yol polisinin əməkdaşları gəlib araşdırmadan maşını tərpətməməsini bildirmişdir. Həmin vaxt o, 102 xidmətinə zəng vuraraq onlara hadisəni izah etmiş, onlar da gözləməyi məsləhət görmüşlər, lakin hərbçi yoldaş maşını evakuatorla aparmışdır. Hadisəni araşdırmaq üçün hər iki sürücünü Sumqayıt DYPŞ-yə dəvət etmişlər və polis kapitanı Niyaməddin Həsənov hadisə haqqında danışmağı bildirmişdir. Kapitan ona əks yoldan istifadə etdiyini və təqsirkar olduğunu demiş, o isə istifadə etdiyi yolda təmir getdiyi üçün əks yoldan istifadə etmək məcburiyyətində olduğunu bildirmişdir. Niyaməddin Həsənov heç bir kamera görüntüsünü araşdırmadan onu təqsirli bilərək ona protokol təqdim etmiş və 150 manat ödəməli olduğunu bildirmişdir. Həmin vaxtdan bu günə kimi bütün aidiyyəti orqanlara- Sumqayıt Şəhər Prokuroruna, X9 İdarəsinin rəisinə, Müdafiə Nazirinə şikayət etsə də bir nəticə əldə etmədiyini bildirmişdir. Sonda isə məhkəməyə müraciət etmək qərarına gəlmiş və Niyaməddin Həsənovun özbaşınalıqlarına son qoyulmasını, ona yazılan 150 manat (hal-hazırda 200 manatdır) cərimənin və ona dəymiş maddi və mənəvi zərərin Niyaməddin Həsənov tərəfindən ödənilməsi ilə bağlı qərar verilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdən bugünə kimi evinə çörək pulu qazanmadığı üçün ona 2700 zərər dəydiyini, 200 manat cərimə və 470 manat maşına dəymiş zərər olmaqla, ümumilikdə 3370 manat zərər vurulduğunu bildirmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Nağıyev Rəhman Səlimxan oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, o, əks yolda hərəkətdə olduğu üçün 150 manat cərimə edilmişdir. O, həmin ərazidə təmir işləri getdiyi üçün əks yolla hərəkət etmiş, ondan başqa bütün avtomobillər də əks yolla avtomobili idarə etmişlər. Lakin, yol polisi əməkdaşı tərəfindən heç bir araşdırma aparılmamış və heç bir videogörüntü təqdim edilməmişdir. Məhkəmədən işin düzgün araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 bildirmişdir ki, Nağıyev Rəhman Səlimxan oğlu xx.xx.2025-ci il tarixdə S.Vurğun küçəsində əks istiqamətdə hərəkətdə olaraq qəza törətmişdir. xx.xx.2025-ci il tarixində həmin ərazidə yol təmiri işləri aparılmamışdır. Hadisə yerinin sxemi də tərtib edilmiş və şəxs də sxemlə tanış olmuşdur. Bu hadisə ilə bağlı Prokurorluqda və DYPŞ-də araşdırma aparılmışdır. Əgər yol bağlı olsa idi, ondan əvvəl gedən maşınlar da əks yolla hərəkət edərdilər. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nağıyev Rəhman Səlimxan oğlu xx.xx.2025-ci il tarixdə, saat 07:32də “VAZ 21099 MİNİK” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, S.Vurğun küçəsində nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nağıyev Rəhman Səlimxan oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 07:32-də “VAZ 21099 MİNİK” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş sürücülər Nağıyev Rəhman Səlimxan oğlu, X2 və hal şahidləri tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsində “VAZ 21099 MİNİK” markalı avtomobil birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksi istiqamətində hərəkət etmiş və həmin yolda baxılan görüntülərdə hər hansı təmir işlərini aparılması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, yol hərəkətini nizamlayan qanunvericiliyin tələblərinə əsasən avtomobil yolları istifadəçiləri yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət etmədikdə məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, inzibati xətanın törədilməsində təqsirli şəxsin bu tələblərə əməl etmədiyi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nağıyev Rəhman Səlimxan oğlu xx.xx.2025-ci il tarixdə, saat 07:32-də “VAZ 21099 MİNİK” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, S.Vurğun küçəsində nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. X4 Səlimxan oğlu hazırda şikayətinin dəlili kimi yolda təmir işlərini aparılması səbəbindən əks yolla hərəkət etdiyini bildirsə də, qeyd edilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərinə görə avtomobil yolları istifadəçiləri yol hərəkəti qaydalarına və avtomobil yollarından istifadə qaydalarına riayət olunmamasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Nağıyev Rəhman Səlimxan oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Nağıyev Rəhman Səlimxan oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2100/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2100/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver