Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2101/2020 13.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əmrah oğlunun, Sumqayıt şəhər 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Əmrah oğlu barəsində Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Vətəndaş Şəxs Əmrah oğlu 12 oktyabr 2020-ci il tarixdə, saat 21:40 radələrində Sumqayıt şəhəri, “Sahil” küçəsi ərazisində hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələblərini pozmuşdur. Buna görə də, Şəxs Əmrah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN ******* №li, 13.10.2020-ci il tarixli protokol tərtib edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşı tərəfindən Şəxs Əmrah oğlunun barəsində tərtib olunmuş MN ******* №li, 13.10.2020-ci il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 13.10.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, o, Sumqayıt şəhər 1-ci Polis Bölməsində sahə rəisi vəzifəsində çalışır. Vətəndaş Şəxs Əmrah oğlu 13 oktyabr 2020-ci il tarixində saat 21:40 radələrində Sumqayıt şəhəri, “Sahil” küçəsi ərazisində hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələblərini pozmuş və onun barəsində tərəfindən İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN ******* №li, 13.10.2020-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Əmrah oğlu izahatında bildirdi ki, o, 13 oktyabr 2020-ci il tarixində Sumqayıt şəhəri, “Sahil” küçəsi ərazisində Sumqayıt şəhərindən yaşadığı Bakı şəhərinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim edərək hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələblərini pozduğu üçün onu Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə dəvət etmiş və barəsində protokol tərtib etmişlər. O, gələcəkdə bu cür hallara yol verməyəcəyini məhkəməyə bildirdi. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Şəxs Əmrah oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Belə ki, Şəxs Əmrah oğlu hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin tələblərini pozmuşdur. Ona görə də onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs Əmrah oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Əmrah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2101/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2101/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver