Məhkəmə qərarları › İş №3(060)-2101/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2101/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2101/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs MTK-nın sədri X1 iştirakları ilə Şəxs MTK (VÖEN **********)-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Prokurorluğundan daxil olmuş materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər prokuroru tərəfindən Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 17.06.2021-ci il tarixli qərar qəbul edilmiş, qərar və toplanmış material baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Hüquqi şəxs STŞ-Turans MTK (VÖEN **********) onu təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X3 MTKnın sədri səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməli olduğu halda, bu tələbə zidd olaraq 31.05.2019-cu il tarixədək mənzilin 51%-dən çoxu sakinlərin mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Bakı küçəsi, 40-cı məhəllə ərazisində yerləşən 16 mərtəbəli, 195 saylı (B bloku) bina üzrə mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qəbul edilmiş 25.06.2019-cu il tarixli qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlən görməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ınzibatı xətanı törətmişdir. Belə ki, STŞ-Turan MTK tərəfindən inşa edilən Sumqayıt şəhəri, Bakı kuçəsi, 40-cı məhəllə əraz sinde yerləşən 16 mərtəbəli 195 saylı (B bloku) bina 30 avqust 2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının” aktı ilə istismara yararlı hesab edilmiş, 31.05.2019-cu il tarixədək mənzilin 51%-dən çoxu sakinlərin mülkiyyətinə verilmiş və 25.06.2019-cu il tarixdə “Sumqayıt 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi haqqında qərar qəbul olunsa da, hal-hazıradək mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və sözügedən qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunverreiliyə uyğun olaraq zəruri tədbirlər görülməmişdir. Qeyd olunan hallar 30 mart 2021-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxsərinin dövlət reyestrindən çıxarış”, X1 izahatı, Şəxs MTK tərəfindən verilmiş 13.04.2021-ci il tarixli məktub, 30 avqust 2014-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının” aktı, 25.06.2019-cu il tarixli “Sumqayıt 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi haqqında qərar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərfindən verilmiş 02.10.2020-cı il tarixli, 05/4144-13 nömrəli məktubla təsdiq olunur. Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X5 qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs MTK-nın sədri X3 izahatında göstərdi ki, 2019-cu ilin yay ayınadək 50%-dən çox hissəsinə mülkiyyət hüququ verilmiş Sumqayıt şəhəri, Bakı küçəsi, 40-cı məhəllə ərazisində yerləşən 16 mərtəbəli, 195 saylı (B bloku) binanın “Sumqayıt 2” adlanan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin balansına verilməsinə dair 25 iyun 2019-cu il tarixli qərarla bağlı hüquqi şəxsin qeydiyyata alınması üçün həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin təqdim olunmuş sənədlərdə müəyyən nöqsanlar olduğu üçün təsdiq olunmadan geri qaytarılmış və nöqsanların aradan qaldırılması ilə məşğul olduğu üçün mənzil-tiktinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qəbul edilmiş qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görməmişdir. Həmçinin “Sumqayıt - 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Təsis yığıncağının 25 iyun 2019-cu il tarixli qərarı ilə “Sumqayıt - 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edildiyindən məsuliyyət onların üzərinə düşür. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından görünür ki, Şəxs MTK barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar 30 mart 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi inzibati tənbehin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət keçmişdir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MTK (VÖEN **********)-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar