Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2106/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 237.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 237.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o fiziki şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, “Neptun” ailəvi istirahət mərkəzinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirmək üçün təmizləyici qurğu qurqşdırılmamış və atmosfer havasına zərərli maddələrin atılması üçün xüsusi icazə sənədi alınmamışdır. İstirahət mərkəzinə təmizləyici qurğu quraşdırılmamışdır. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin 05 iyul 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunarkən vəzifəli şəxs kimi qeyd edilmiş və onun VÖEN-i qeyd edilmədiyindən protokol əsassız və yanlış tərtib olunmuşdur. 26 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən 05 iyul 2022-ci il tarixli protokolun müddəti İnzibati Xətalar Məcəlləsində qeyd olunan müddət gözlənilməmişdir. 26 iyul 2022-ci il tarixli, MN ******* nömrəli qərar həmçinin yanlış tərtib olunmuşdur və İnzibati Xətalar Məcəlləsinin 117.2ci maddəsində göstərildiyi kimi qərar qəbul olunduğu gündən 02 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə və onun nümayəndəsinə verilir. Göründüyü kimi bu maddənin də müddəaları pozulmuşdur. Qərar tamamilə qanunsuz və əsassızdır. Həmin qərar ləğv edilməlidir. Ona görə də, məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər idarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində 26 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, “Neptun” ailəvi istirahət mərkəzində tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirmək üçün təmizləyici qurğu qurqşdırılmamış və atmosfer havasına zərərli maddələrin atılması üçün xüsusi icazə sənədi alınmamışdır. xx.xx.2022-ci il tarixdə aparılan monitorinq zamanı istirahət mərkəzində tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuş və bu barədə həmin tarixli manitorinq aktı tərtib olunmuşdur. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər idarəsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Neptun” ailəvi istirahət mərkəzinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirmək üçün təmizləyici qurğu qurqşdırılmamış və atmosfer havasına zərərli maddələrin atılması üçün xüsusi icazə sənədi alınmamışdır. Ona görə də, X2 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 234.0.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2106/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2106/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver