Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2107/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Ekoloji nəzarət postunun inzibati xəta haqqında iş üzrə 03 iyun 2021-ci il tarixli TP ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş İXP ******* saylı protokol əsasında tərtib olunmuş TP ******* saylı, 03 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, “xxxx” MMC sürücü vəzifəsində işləyir. 03.06.2021ci il tarixdə şirkətə məxsus “Hundai HD 35 yük”avtomobili ilə Xırdalan Ekologiya postundan keçərkən saxlanılmışdır. Nəticədə İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğu əsası ilə barəsində protokol tərtib edilmişvə TP ******* saylı qərar çıxarılmışdır. Barəsində tərtib edilmiş protokolun surəti ona təqdim olunmamışdır. Lakin TP ******* saylı qərarda protokolun İXP ******* saylı olduğu göstərilmişdir. TP ******* saylı qərar ona təqdim edən polis serjantı Q.Bayramov bildirmişdir ki, avtomobil atmosferə normaldan artıq zəhərli qaz buraxır və buna görə o, qanunun tələblərini pozmuş hesab olunur. Lakin 2019-cu il tarixli buraxılışdır. “Hundai” servisdə 04.06.2021-ci il tarixdə aparılmış yoxlamanın nəticəsinə dair sənəd də avtomobilin tam saz vəziyyətdə olması qeyd edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 21.06.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 01 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 03 iyun 2021-ci il tarixdə saat MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 03 iyun 2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş “Hundai Truck and Bus Service”nin 06.04.2021-ci il tarixli servis çıxarışından görünür ki, **-JB-*** dövlət qeydiyyat nişanlı “Hundai” markalı, model 2019-cu il buraxılışlı avtomobil servisdə qazandan çəxan zəhərli qazların yoxlanılması ilə bağlı yoxlanılmış, keçirilən texniki baxış zamanı avtomobilin ixrac etdiyi zəhərli qazların standartla uyğun olması aşkarlanması qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən idarə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi X2 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Ekoloji nəzarət postunun TP ******* №li 03 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Ekoloji nəzarət postu tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2107/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2107/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver