Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-211/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(060)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-3976/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-6279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini ödəməkdən üzürsüz səbəbdən yayınmışdır. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs tutularaq 2750 manat əsas borc və 336,66 manat faiz borcu olmaqla, cəmi 3086,66 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,27 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə, 2(060)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6248,55 manat əsas, 576,79 manat faiz, 200 manat cərimə olmaqla, 7025,34 manat pul və 85,32 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə, 2(060)- 3976/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 4121,03 manat əsas, 603,37 manat faiz borcu, 13,28 manat cərimə olmaqla, cəmi 4737,68 manat borc və həmçinin 67,78 manat ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə və 2(060)-6279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə 953,04 manat borc, 50 manat cərimə olmaqla, cəmi 1003,04 manat borc və ödənilmiş 30,03 manat dövlət rüsumu "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Borclu əvvəllər icra sənədləri üzrə borclardan ödəniş etsə də, sonrdan ödəniş etməmişdir. Borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, lakin çağırışlara gəlmədiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. İcra sənədi üzrə borclunun nə qədər borcu qaldığı müəyyən olunmamışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan tutularaq 2750 manat əsas borc və 336,66 manat faiz borcu olmaqla, cəmi 3086,66 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,27 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə, 2(060)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 6248,55 manat əsas, 576,79 manat faiz, 200 manat cərimə olmaqla, 7025,34 manat pul və 85,32 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə, 2(060)- 3976/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 4121,03 manat əsas, 603,37 manat faiz borcu, 13,28 manat cərimə olmaqla, cəmi 4737,68 manat borc və həmçinin 67,78 manat ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə və 2(060)-6279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən isə 953,04 manat borc, 50 manat cərimə olmaqla, cəmi 1003,04 manat borc və ödənilmiş 30,03 manat dövlət rüsumu "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Əvvəllər icra sənədi üzrə borclardan ödəniş etsə də, sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmiş, gələcəkdə hissə-hissə ödəniş edəcəyini bildirdi. Həmçinin o, icra sənədləri üzrə nə qədər borcu qaldığını bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 2750 manat əsas borc və 336,66 manat faiz borcu olmaqla, cəmi 3086,66 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,27 manat Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 6248,55 manat əsas, 576,79 manat faiz, 200 manat cərimə olmaqla, 7025,34 manat pul və 85,32 manat dövlət rüsumu Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3976/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 4121,03 manat əsas, 603,37 manat faiz borcu, 13,28 manat cərimə olmaqla, cəmi 4737,68 manat borc və həmçinin 67,78 manat ödənilmiş dövlət rüsumu Şəxs tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6279/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 953,04 manat borc, 50 manat cərimə olmaqla, cəmi 1003,04 manat borc və ödənilmiş 30,03 manat dövlət rüsumu Şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan rüsumu Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, İcra məmuru tərəfindən borclu Şəxs icra sənədləri üzrə borclardan hansı məbləğdə ödəniş etməsi və nə qədər borcu qaldığı araşdırılmadığından, həmçinin tərtib olunmuş inzabati xəta haqqında protokolda da borcun nə qədər olduğu qeyd edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-211/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-211/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver