Məhkəmə qərarları › İş №3(060)-2112/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2112/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2112/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4, İcra sənədi üzrə tələbkar - Abdullazadə (Şabanova) Şərqiyyə İskəndər qızının, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru- X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 21 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2 (003)-3028/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 06 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 avqust 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda icra sənədi üzrə borclu şəxsin 930 manat aliment borcu yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirdi ki, tərəfindən 21 iyun 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2 (003)-3028/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 06 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 avqust 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda icra sənədi üzrə borclu şəxsin 930 manat aliment borcu yaranmışdır. Buna görə də icra sənədi üzrə borclu şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2 (003)-3028/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan X3 xeyrinə 06 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 avqust 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə əvvəllər ödəniş etmişdir. Lakin son vaxtlar maddi imkanı aşağı olduğundan hazırda icra sənədi üzrə 930 manat aliment borcu yaranmışdır. Borcundan 100 manat ödəniş edir və odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən icra sənədi üzrə tələbkar X7 izahatında bildirdi ki, Şəxs icra sənədi üzrə 930 manat aliment borcu yaranmışdır. Ona olan aliment borcundan hazırda edilən cəmi 100 manat ödənişi qəbul edir. Şikayətçidir. Odur ki, Şəxs şikayətçi olduğunu nəzərə alaraq barəsində inzabati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş edir. X1 Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, icra sənədi üzrə tələbkarı və müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2 (003)- 3028/2019 saylı, 30 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 06 yanvar 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 avqust 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X3 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, ona aliment borcundan 100 manat ödəniş edilmişdir. Qalan aliment borcu ödənilməmişdir. Şikayətçidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, icra sənədi üzrə tələbkar şəxsin şikayətçi olduğunu nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İş materiallarından görünür ki, borclu şəxs uzun müddət aliment borcundan ödəniş etməmiş, yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 100 manat ödəniş etmişdir ki, bu da onun məhkəmə qətnaməsini qərəzli olaraq ödəmədiyini göstərir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs na göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X8 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar