Məhkəmə qərarları › İş №3(060)-2113/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2113/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2113/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Babaşov Cavidan Arzuman oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Babaşov Cavidan Arzuman oğlu şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Babaşov Cavidan Arzuman oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Babaşov Cavidan Arzuman oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin vətəndaş Babaşov Cavidan Arzuman oğlu xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir və iş materillarına müddətin hansı səbəbdən ötürülməsi ilə bağlı sübut və ya vəsatət əlavə etməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Babaşov Cavidan Arzuman oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar