Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2113/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qartal Tikinti Firmasının direktoru Nümayəndə2 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 nümayəndələri X10 və X13 iştirakları ilə Qartal Tikinti Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxaraq müəyyən etdi: Qartal Tikinti Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə Qartal Tikinti Firması tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsinin tələbləri pozularaq X16 (xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndələri X19 və X21 tərtib edilmiş protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qartal Tikinti Firmasının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Əmək müfəttişinin şəxsi mülahizələri əsasında yazılmışdır. İnzibati xəta haqqında protokol Qartal Tikinti Firmsının nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Belə ki, firmanın nümayəndəsinin Əmək Müfəttişliyinə inzibati xəta haqqında protokolun tərtib olunmasına dair 30 avqust 2023-cü il saat 11:00-da dəvət olunmasına dair 24 avqust 2023-cü il tarixli 3-17-5/2-31729/2023 saylı bildiriş məktubu firmaya Sumqayıt 11 saylı poçt şöbəsinin poçtalyonu X5 tərəfindən 30 avqust 2023-cü il tarixində saat 18:05-də ofis işçiləri işdən gedəndən sonra gözətçi X7 çatdırmışdır. X11 isə bildirişi sənədləri qəbul etməyə məsul şəxs Aşumova Fidana 31 avqust 2023-cü il saat 09:00-da təqdim etmişdir. Beləliklə, firma məktubu dəvət vaxtından 1 gün sonra aldığı üçün iştirak edə bilməzdi. Poçt şöbəsinin əməkdaşının izahatı məktuba əlavə olunur. X14 Xidməti Abşeron X24 19 iyul 2023-cü il tarixli 3- 17-5/2-26795/2023 saylı Məmmədli Emilin şikayət məktubunu onlara göndərmişdir və müvafiq sənədləri müfəttişliyə təqdim etməyi tələb etmişdir. Firma X14 Xidməti Abşeron X20 25 iyul 2023cü il tarixli 257 saylı məktubla rəsmi olaraq bildirmişdir ki, fiziki şəxs X16 ilə firma arasında əmək münasibətləri mövcud deyil. Tərəflər arasında münasibətlər mülki-əqd faktiki xidmət müqaviləsi əsasında həyata keçirilmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə əmək qanunvericiliyinin normaları tətbiq edilə bilməz. Fiziki şəxs X16 firma arasında 11 aprel 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Müqavilə əsasında 2023-cü ilin aprel, may, iyun aylarında X16 tərəfindən yerinə yetirilən xidmət işlərinin dəyəri xidmət müqaviləsində razılaşdırılmış 1 listin konstruksiya sxeminin komputerdə işləməsi üçün dəyəri 170 manat olmaqla təhvil-təslim aktı ilə sənədləşdirilib, fiziki şəxs firmaya elektron qaimə göndərib və ödənişlər həmin cədvələ uyğun fiziki şəxsə və vergi orqanlarına göndərilib. Adından da göründüyü kimi, firma tikinti-quraşdırma işləri ilə məşğul olan bir hüquqi şəxsdir. Əsas fəaliyyət növü digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləridir. Dövlət Vergi Xidmətinin vergi idarəsində şəxsi məlumat barədə çıxarış şikayət ərizəsinə əlavə edilmişdir. Yəni firma layihə təşkilatı deyil, layihələndirmə işləri onun fəaliyyət sahəsinə aid deyildir. Layihələndirmə işlərini adətən layihələndirmə təşkilatlarına sifariş verir. Kiçik işləri isə layihələndirmə işi məşğul olan vergi ödəyicisi olan fiziki şəxslərə xidmət müqaviləsi əsasında sifariş verir. Beləliklə, Əmək Müfəttişliyinin inzibati xəta haqqında işə başlaması üçün göstərdiyi əsas Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsidir ki, bu əsas da özü-özlüyündə tərəflər arasındakı real münasibətlərə uyğun deyil və bu işə tətbiq edilə bilməz. X9 istinad etdiyi 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsi, 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsi, 7-ci maddəsinin 2-3-cü bəndinin digər hissələri də firma və X16 arasında olan münasibətlərə tətbiq edilə bilməz. X14 Xidməti X2 Sumqayıt Şəhər Məhkəməsinə təqdim etdiyi inzibati xəta haqqında iş üzrə materialda firmanın əsas fəaliyyət sahəsinə aid sübut yoxdur. DƏMX X6 firmanın əsas fəaliyyət sahəsini heç bir normaya istinad etmədən şəxsi mülahizələri ilə şərh edir. İqtisadi sahədə fəaliyyət növlərinin tənzimlənməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İqtisadi fəaliyyət növləri təsnifatı barədə AZT029-2008 nömrəli sənədlə tənzimlənir. Bu sənəd Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və digər dövlət idarə və qurumları ilə razılaşdırılmışdır. X23 Xidmətinin İnternet Vergi İdarəsi bazasından çıxarışdan göründüyü kimi, Firmanın əsas fəaliyyət növü 43990-digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləridir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qartal Tikinti Firmasının direktoru Nümayəndə2 Nümayəndə1 izahatına uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan X8 Azərbaybaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX-nə ünvanladığı şikayət ərizəsindən görünür ki, Qartal Tikinti Firması ilə onun arasında bağlanmış müqaviləyə əsasən ona ödənilməli olan əməkhaqqı, məzuniyyət haqqı və dəymiş zərərin, yəni ümumilikdə 4365,21 manat pulun ödənilmədiyini bildirmişdir. X1 Respublikası ƏƏSMN-nin yanında DƏMX-nə ünvanladığı şikayət ərizəsində göstərmişdir ki, işə başladığı gündən etibarən onunla əmək müqaviləsi bağlanılmasını tələb etmişdir. Lakin rəhbərlik tərəfindən "Əmək müqaviləsinin bir müddət sonra bağlanılacağı bildirilmişdir. Hətta əmək müqaviləsi tələb etməyi də şirkət və rəhbərlik tərəfindən təəccübləndirici hal kimi qəbul edilmişdir. Əmək müqaviləsi bağlanmasına dair tələbləri nəzərə alınmadan rəsmiləşməyinin sübutu olaraq onunla xidmət müqaviləsi bağlanılacağı, aylıq olaraq əmək haqqının müvafiq qaydada kart hesabına köçürüləcəyi bildirilmişdir. Bu şərtlərlə razı olmadığı təqdirdə isə ümumiyyətlə işləyə bilməyəcəyi bildirilmişdir. Xidmət müqaviləsinin bağlanacağı halda şərtlərinin tərəfindən müəyyən edilməsini və əmək müqaviləsi şərtlərinə əsasən hüquq və öhdəliklərinin həmin müqavilədə əks olunacağı təqdirdə imza ilə təsdiqləyəcəyini bildirmişdir. Xidmət müqaviləsi bağlanması üçün şirkət rəhbərinin tələbi ilə VÖEN açdırmaq məzuriyyətində qalmışdır. Açdırdığı VÖEN-i, VÖEN-ə bağlı Asan İmza nömrəsini və İD-kodunu rəhbərliyin tələbi ilə şirkətin mühasibinə təqdim etmişdir. Lakin, xidmət müqaviləsi belə bağlanmadan şirkət onun adından elektron-qaimə göndərmiş və elektron-qaimə üzrə ödəniş etmişdir. Hansı əsasla ona ödəniş edilməsi də araşdırılmalıdır, bu zaman işçi olaraq əmək müqaviləsi hüquqlarının pozulmasını, hüquqi şəxs olaraq isə cavabdehin vergi öhdəliklərindən necə yayındığı görünəcəkdir. Dəfələrlə halla bağlı rəhbərliyə müraciətləri nəticəsiz qalmışdır. Hər ay həmin VÖEN üzrə xidmət göstərmiş kimi nəzərə alınaraq ona ödəniş edilmişdir. Bu cür haqqını tələb etməyi rəhbərlikdə mənfi rəy formalaşdırmışdır və onu işdən uzaqlaşdırmağa çalışmalarını hiss etmişdir. Qartal Tikinti Firması ödəməli olduğu vergi və digər rüsumlardan yayınmaq üçün əmək müqaviləsinin predmetini təşkil edən iş fəaliyyətini xidmət müqaviləsi kimi rəsmiləşdirmişdir. Lakin rəhbərlik tərəfindən bildirilmişdir ki, yalnız əlavə xərclər ödənilməsin deyə bir müddətlik bu cür fəaliyyət göstəriləcək, amma, məzuniyyət haqqı və digər əmək müqaviləsi ilə çalışan işçiyə ödənilməli olan haqlarını tam həcmdə alacaqdır. 06 iyul 2023-cü il tarixində isə şirkətin direktoru onu otağına çağıraraq elə həmin gün (06 iyul 2023) işdən azad olduğunu bildirmişdir. Şirkətdən müvafiq qaydada şikayət verməsin deyə onu təcili surətdə mühafizə dəstəyi ilə müəssisədən uzaqlaşdırmış, VÖEN, asan imza nömrəsini və s. ona təqdim etməkdən imtina etmişdir. Əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmağı kifayət etməzmiş kimi 1 (bir) ay xəbərdarlıq müddəti gözlənilmədən işdən azad olunmuşdur. İşlədiyi günlərə düşən əmək haqqı məbləğinin isə verilməyəcəyini açıq aşkar ifadə etdi. Yayındığı rüsum və ödənişlərdən şikayət verməsin deyə VÖEN-ini bağlamaq üçün sənədlərini də ona vermədiyi qənaətindədir. Şirkətin hüquqlarını tələb etməsindən narazılığı ilə yanaşı işdən azad edərkən tələb etdiyi təqdirdə təqdim etmədikləri ona məxsus ASAN İMZA və VÖEN məlumatlarından istifadə edərək qeyri-qanuni işlərlə məşğul olmasından narahatdır. Bu səbəblə müvafiq qaydada məhdudlaşdırma addımları atılmağını xahiş edir. Bu şikayət ərizəsi ilə Qartal Tikinti Firmasının Əmək qanunvericiliyin ona verdiyi hüquqlarını kobudcasına pozmasından şikayətçidir. Bu hüquqlarından istifadə edərək 1 (bir) ay xəbərdarlıq müddəti gözlənilmədən onu işdən kənarlaşdıran şirkətdən həmin ay üzrə ödənilməli olan 900 azn aylıq əmək haqqının, 4 ay üçün ödənilməli olan 405,56 azn məzuniyyət haqqının, 01 iyul 2023-cü il və 06 iyul 2023-cü il tarixləri arasında işlədiyi müddət üçün 270 azn əmək haqqının, əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi üçün və başqa şirkətdə işə qəbul olduğu halda Qartal Tikinti Firmasının yalan vədləri nəticəsində həmin işdən imtina edib Qartal Tikinti Firmasında bu cür haqsızlıqlara məruz qalmağı nəzərə alınaraq hesablanmış olan dəymiş zərər məbləği olan 2789.65 manatın da cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh qismində çıxış edən Qartal Tikinti Firmasının hüquqlarını kobudcasına pozması nəticəsində müvafiq qaydada məsuliyyətə cəlb edilməsini və xəbərdarlıq müddəti gözlənilmədən işdən azad etdiyi ay üçün 900 azn aylıq əmək haqqının, 4 ay üçün, ödənilməli olan 405,56 azn məzuniyyət haqqının, 01 iyul 2023-cü il və 09 iyuİ 2023-cü il tarixləri arasında işlədiyi müddət üçün 270 azn əmək haqqının, əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi üçün və başqa şirkətdə işə qəbul olduğu halda Qartal Tikinti Firmasının yalan vədləri nəticəsində həmin işdən imtina edib Qartal Tikinti Firmasında bu cür haqsızlıqlara məruz qalmağı nəzərə alınaraq hesablanmış olan dəymiş zərər məbləği olan 2789.65 manatın da cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İş materiallarında olan Qartal Tikinti Firmasının Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin X3 göndərdiyi məktubundan görünür ki, fiziki şəxs X16 ilə 11 aprel 2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Belə ki, yeni layihə üçün bir neçə aylıq müddətə bir nəfər layihəçinin xidmətinə zərurət yaranmışdır. Xidmət müqaviləsinin 3.9-cu bəndinə əsasən artıq layihəçi xidmətinə ehtiyac yaranmadığı üçün xidmət müqaviləsinə 01 iyun 2023-cü il tarixdən xitam verilmişdir. Məmmədli Emilin xidmətinə ehtiyac qalmadığı barədə o məlumatlandırılmışdır. Aprel, may, iyun aylarında Məmmədli Emilin yerinə yetirdiyi işin dəyəri xidmət müqaviləsindəki razılaşdırılmış qiymətlə hesablanmaqla, hər ay yerinə yetirdiyi işin dəyəri, o cümlədən hesablanmış vergilər firma tərəfindən müqavilə şərtlərinə uyğun ödənilmişdir. İş materiallarında olan Qartal Tikinti Firması ilə X16 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:Qartal Tikinti Firması ilə sifarişçilər arasında bağlanmış müqavilələr əsasında xidmət göstərən layihəçi mühəndis xidmətinin yerinə yetirilməsini, sifarişçi isə xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sistemindən çıxarışdan görünür ki, Qartal Tikinti Firması digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri (əsas fəaliyyətlər), digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, sair telekommunikasiya fəaliyyəti, telekommunikasiya fəaliyyəti, reklam agentliklərinin fəaliyyəti, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, stomatologiya sahəsində fəaliyyət, saxlama və anbarlara yığma, mərkəzi ofislərin fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan yerinə yetirilmiş işlərin təhvil aktından görünür ki, aprel 2023-cü il tarixdə X16 tərəfindən hər listin qiyməti 170 manatdan olan 16,97 ədəd, ümumi dəyəri 2885,06 manat olan konstruksiya sxeminin komputerdə işlənilməsi fəaliyyəti görülmüşdür. İş materiallarında olan yerinə yetirilmiş işlərin təhvil aktından görünür ki, may 2023-cü il tarixdə X16 tərəfindən hər listin qiyməti 170 manatdan olan 15,69 ədəd ümumi dəyəri 2667,00 manat olan konstruksiya sxeminin komputerdə işlənilməsi fəaliyyəti görülmüşdür. İş materiallarında olan yerinə yetirilmiş işlərin təhvil aktından görünür ki, iyun 2023-cü il tarixdə X16 tərəfindən hər listin qiyməti 170 manatdan olan 6,78 ədəd ümumi dəyəri 1152,00 manat olan konstruksiya sxeminin komputerdə işlənilməsi fəaliyyəti görülmüşdür. İş materiallarında olan X16 tərəfindən təqdim edilmiş elektron qaimədən görünür ki, o 2023cü ilin 2-ci rübü üçün ümumilikdə 5125,97 manat dəyərində işləri yerinə yetirmişdir. İş materiallarında olan X16 tərəfindən təqdim edilmiş elektron qaimədən görünür ki, o 2023cü ilin 2-ci və 3-cü rübü üçün ümumilikdə 563,09 manat dəyərində işləri yerinə yetirmişdir. İş materiallarında olan X16 tərəfindən təqdim edilmiş elektron qaimədən görünür ki, o 2023cü ilin iyun ayında ümumilikdə 1015 manat dəyərində işləri yerinə yetirmişdir. Məhkəməyə təqdim edilmiş 2023-cü ilin may ayı üçün əmək haqqının haqq-hesab cədvəlindən görünür ki, X16 firmanın üzvü olmadığı üçün ona əmək haqqı hesablanmamışdır. Məhkəməyə təqdim edilmiş layihə\ sənədlərindən görünür ki, X16 müxtəlif layihələr hazırlamış, hər listdə özünün VÖEN nömrəsini və Ad və sdoyadını göstərmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin DƏMX-nin X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Qartal Tikinti Firması tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, firma ilə fiziki şəxs X16 arasında əmək müqaviləsi imzalanmamış, tərəflər arasında mülki əqd olan xidmət müqaviləsi imzalanmış, buna görə də onlar arasındakı münasibətlərə Əmək Məcəlləsinin qeyd edilən müddəaları tətbiq edilə bilməz. Tərəflər arasında mülki əqd olan xidmət müqaviləsi bağlanmış, tərəflər öz aralarında razılığa gəlmiş, bunun müqabilində fiziki şəxs X16 müqavilədə qeyd edilən fəaliyyəti göstərmiş, layihəçi kimi layihələri hazırlayaraq firmaya təhvil vermiş, ona müqaviləyə uyğun ödəniş edilmişdir. O firmanın üzvü olmadığı üçün ona əmək haqqı hesablanmamış, tərəflər arasında bağlanmış müqavilədə ona ödəniləcək məbləğlə bağlı razılığa gəlinmişdir. Onun DƏMX-nin X3 ünvanladığı şikayətində və verdiyi izahatında göstərdiyi xüsusatlar araşdırılsa da təsdiq edilməmişdir. Onun müsabiqədən keçməsi, işə götürülməsi, firmanın tələbi ilə VÖEN alması və s. hər hansı sübutla sübut olunmur. Belə sübutlar işdə yoxdur. Ödəmələr əmək haqqı kimi yox, xidmət haqqı kimi, müqavilədə nəzərdə tutuylan qaydada, bank vasitəsilə həyata keçirilmiş, görülmüş işlərin həcminə uyğundur. Ödənilən məbləğ X8 şikayətində göstərdiyi aylıq əmək haqqı məbləğinə uyğun gəlmir. Ən əsası isə budur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmamışdır. Qartal Tikinti Firması digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri (əsas fəaliyyətlər), digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi, sair telekommunikasiya fəaliyyəti, telekommunikasiya fəaliyyəti, reklam agentliklərinin fəaliyyəti, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, stomatologiya sahəsində fəaliyyət, saxlama və anbarlara yığma, mərkəzi ofislərin fəaliyyəti ilə məşğul olur. Layihələrin hazırlanması bu fəaliyyətlərin heç birinin tərkibinə daxil deyildir. Bu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin AZT029-2008 nömrəli İqtisadi fəaliyyət növləri təsnifatı ilə də təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək hüquq münasibətlərini yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinin 2-3-cü hissənə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab ediliri və onların mülki hüquqi müqavilərlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Həmin Məcəllənin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək müqaviləsi üzrə işəgötürənin vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsində tikinti fəaliyyətinin və layihəçinin anlayışı verilmişdir. Həmin Məcəllənin 3.0.9-cu maddəsində göstərilir ki, tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 3.0.43-cü maddəsində isə göstərilmişdir ki, layihəçi – sifarişçi ilə bağlanmış müqaviləyə əsasən ərazi planlaşdırılması sənədlərinin, tikinti obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin layihəsini hazırlayan hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin layihə tapşırığına uyğun fəaliyyət göstərir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qartal Tikinti Firması ilə fiziki şəxs X17 arasında olan münasibətlər əmək münasibətləri deyildir. Onlar arasında sadəcə olaraq mülki hüquqi əqd olan xidmət müqaviləsi bağlanmışdır. Buna görə də onlar arasında yaranan münasibətlərə Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları tətbiq edilə bilməz. Tərəflər aralarında bağlanmış xidmət müqaviləsində ödənilməli olan məbləğlə bağlı razılığa da gəlmişlər. X12 firmanın inzibati binasına daxil omaq üçün buraxılış vəsiqəsinin verilməsi də onun işə götürülməsini təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Qartal Tikinti Firmasının hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Qartal Tikinti Firması barəsində Azərbaycan Respublikası ƏƏSMN-nın yanıdan DƏMX-nin X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2113/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2113/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver