Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2114/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı drektoru F.Ş.Həsənov tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı drektoru F.Ş.Həsənov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidmətinin Abşeron- Xızı regional şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 31 may 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, MN № ******* saylı, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" ASC-nin icraçı drektoru F.Ş.Həsənov tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 31 may 2022-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra, yəni 17 avqust 2022-ci ildə verilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə göndərilən sənədlərlə mübahisələndirilən qərarın "xxxx" ASC-nin icraçı drektoru F.Ş.Həsənov tərəfindən hansı tarixdə alması müəyyən edilmir. Bundan başqa İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icraçı drektoru F.Ş.Həsənov tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2114/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2114/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver