Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2114/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs ŞPİ-nin DYPŞ-nin YPX baş inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yardımlı rayonu, Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Yolocaq Ərazi Dairəsi, Separadi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024cü il tarixdə, saat 09:22 radələrində sürücü Şəxs “Mercedes Benz C200 minik” markalı **- CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxarılmaqla avtoxuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 09:22 radələrində sürücü Şəxs “Mercedes Benz C200 minik” markalı **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxarılmaqla avtoxuliqanlıq etmişdir. İcraatına daxil olmuş raporta əsasən şəxs avtomobili ilə qaydaları pozmuşdur. Onun tərəfindən izahatı alınmışdır. Başqa şəxs tərəfindən də sosial şəbəkədə paylaşılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qaydanı pozaraq, avtoxuliqanlıq etmişdir. Novxanı ərazisində etmiş, başqa şəxs isə videonu paylaşmışdır. Birinci dəfədir ki, bunu etmişdir. Əməlindən peşmandır. Bir də etməyəcəkdir. İşləyir. Öncələr də barəsində inzibati tənbeh barədə qərar qəbul edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “Mercedes Benz C200 minik” markalı 50- CL-705 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Novxanı ərazisində magistral yolda avtomobili dönmə üçün icazə verilməyən yerdə geriyə dönərək digər yola çıxmış, daha sonra avtomobilin surətini qəfil artıraraq təkərlərin yolun səthi ilə sürtünməsi nəticəsində səslər çıxardaraq bir qədər irəliləmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №3(060)-2114/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2114/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver