Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2115/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" QSC-nin növbə rəisi Şəxs müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" QSC-nin növbə rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 11 avqust 2022-ci il tarixdə MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" QSC-nin növbə rəisi Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2015-ci il tarixli 21-2 nömrəli qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan qulluqçu və vəzifələrin VTİS kitabçasına sahə (növbə) rəisini əmək funksiyasında nəzərdə tutulmuş (işçilər tərəfindən texnoloji istehsal və əmək intizamının pozulmasına ƏM TT Texnikası istehsalat sanitariyasının və yanğın olan mühafizənin qaydavə normalarına riayət olunmasına dair) tələblərinə riayət olunmamışdır. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında "xxxx" QSC-nin növbə rəisi Şəxs vəkili Vəkil bildirdi ki, X1 xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-də ayağından xəsarət almışdır. Bu barədə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və Sumqayı şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə X1 "xxxx" QSC-də işlədiyi vaxtda aldığı xəsarət faktı üzrə cinayət işinin başlanması və inzibati xəta tərkibi olmadığından inzibati icraat başlanması rədd edilmişdir. Lakin "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən Tabaterra” QSC-nin növbə rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Sumqayı şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X2 xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, X1 "xxxx" QSC-də işlədiyi vaxtda aldığı xəsarət faktı üzrə cinayət işinin başlanması və inzibati xəta tərkibi olmadığından inzibati icraat başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin növbə rəisi Şəxs vəkilini çıxışını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati xəta hadisəsi xx.xx.2021-ci il tarixdə baş vermişdir. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ona görə də, qanunla nəzərdə tutulmuş müddət başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" QSC-nin növbə rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata 53.1.6cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2115/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2115/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver