Məhkəmə qərarları › İş №3(060)-2116/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2116/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2116/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs -Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.2000-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Cəbrayıl rayonu, Cocuq Mərcanlı ərazi dairəsi, Cocuq Mərcanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:03 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti istiqamətində idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə etdiyi zaman polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmədə protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:03 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti istiqamətində idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını idarə edərkən, yol-hərəkət qaydalarına riayət etməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən sənədləri yoxlanılarkən etibarnaməsinin olmadığı müəyyən edilmişdir. Avtomaşının duracağa yerləşdirilməsi göstərişi verilsə də, o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə yük maşını idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Etibarnanamə olmadan maşını idarə etdiyi məlum olmuşdur. Bu zaman müdir ilə əlaqə saxladığı zaman, müdir maşını sürməyə davam etməsini bildirmişdir. İkinci dəfə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman kobud rəftara məruz qalmışdır. Etdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru polis baş serjantı X5 izahat verərək bildirmişdir ki, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını idarə edərkən yol hərəkəti qaydalarına riayət etməmişdir. Sənədləri yoxlanılan zaman avtomaşını idarə etməsi üçün etibarnaməsi olmadığı məlum olmuşdur. Əməkdaşları yarım saat maşının sahibi gələcək bəhanəsi ilə gözlətmişdir. Gözlənilməyən bir anda maşını idarə edərək oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi taqım komandiri polis kapitanı X1 izahat verərək bildirmişdir ki, Bakı-Quba yolu istiqamətində **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edərkən, “stop” adlı yol nişanını nəzərə almamış və yoldan keçən tıra da narahatlıq yaratmışdır. Bu hal nəzərdən qaçmamış və əməkdaşlar tərəfindən saxlanılmışdır. Maşının sahibinin gələcəyini bildirsə də, gələn olmamışdır. Əməkdaşlarla kobud rəftar etmişdir. Hətta əlində bir alət olsa onunla xətər də yetirərdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “İnzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 10:00-da azad olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar