Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2119/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətandaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 19:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatdan təqaüd katından pul çıxardan X1 edərəkən 100,00 manat pulunu, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatında X2 götürüb kənarlaşan zaman bankomatdan çıxan 274,00 manatını, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs3 köməklik edərəkən ona qarşı dələduzluq etdərək 351,00 manatını, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd alan Zərərçəkmiş şəxs1 kömək edərəkən ona qarşı dələduzluq edərək 268,00 manatını və bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul almaq üçün Zərərçəkmiş şəxs2 köməklik etmək istəyərkən ona qarşı dələduzluq edərək 500,00 manatını oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2119/2022, 3(060)-2120/2022, 3(060)-2121/2022, 3(060)-2122/2022 və 3(060)-2123/2022 №li işlər bir icraatda 3(060)- 2119/2022 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X13 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, müxtəlif vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə saat 19:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatdan təqaüd katından pul çıxardan X1 edərəkən 100,00 manat pulunu, daha sonra xx.xx.2022-ci il tarixdə saat 11:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatında X2 götürüb kənarlaşan zaman bankomatdan çıxan 274,00 manatını, daha sonra xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs3 köməklik edərəkən ona qarşı dələduzluq edərək 351,00 manatını, daha sonra xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd alan Zərərçəkmiş şəxs1 kömək edərəkən ona qarşı dələduzluq edərək 268,00 manatını və daha sonra xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul almaq üçün Zərərçəkmiş şəxs2 köməklik etmək istəyərkən ona qarşı dələduzluq edərək 500,00 manatını oğurlamışdır. Ümumilikdə oğurlayaraq əldə etdiyi pulları xəstə uşağına xərcləmişdir. Hazırda vurmuş olduğu ziyanları ödəməyə maddi imkanı yoxdur. Törətdiyi əməllərdən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 14:30-da 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüdünü alarkən ona köməklik məqəsdi ilə yaxınlaşan adını sonradan bildiyi Şəxs ona qarşı dələduzluq edərək bankomatdan çıxan 268,00 manat pulunu oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul alarkən ona köməklik üçün yaxınlaşan adını sonradan bildiyi Şəxs ona qarşı dələduzluq edərək banktomatdan çıxan 500,00 manatını oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul çıxarmaq istəyərkən köməklik məqəsdi ilə ona yxınlaşan adını sonradan bildiyi Şəxs ona qarşı dələduzluq etdərək bankomatdan çıxan 351,00 manatını oğurlamışdır. Hazırda vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş materialında olan Ədliyyə Nazirliyinin elektron çıxarışından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2009cu il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladları vardır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, himayəsində az yaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolları tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin izahatları və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, himayəsində üç azyaşlı övladlarının olmasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində Elektron nəzarət vasitəsi tətbiq edilməklə 240 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs X5 xeyrinə 100,00 manat, X7 xeyrinə 274,00 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 351,00 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 268,00 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 500,00 manat məbləğində pul tutulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2119/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2119/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver