Məhkəmə qərarları › İş №3(060)-212/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-212/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-212/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərardan Quliyeva Könül Seyfəddin qızı tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 Seyfəddin qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, işin baxılmasına dair icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərara əsasən Quliyeva Könül Seyfəddin qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Quliyeva Könül Seyfəddin qızı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 105/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Quliyeva Könül Seyfəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvəyə minmə, hüquqpozmanın aradan qaldırılmasına dair hissədə və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsinin 0347 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti hesab edilməsinə dair qərarı hüquqpozmanın aradan qaldırılmasına dair hissədə yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İş materiallarından göründüyü kimi Quliyeva Könül Seyfəddin qızının şikayət vermiş olduğu Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati cərimənin şərti hesab edilməsinə dair qərarı hüquqpozmanın aradan qaldırılmasına dair hissədə yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qanuni qüvvəyə minmiş qərar olduğundan, yəni mübahisələndirilən qərar qüvvədə olmadığından hazırki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Quliyeva Könül Seyfəddin qızının Azərbaycan Respublikası Qida X1-Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsasında baxılan işin icraatına xitam verilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar