Məhkəmə qərarları › İş №3(060)-2121/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2121/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2121/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 katibliyilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X14, zərərçəkmiş şəxslər X7, X11 və X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətandaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li, 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li və 16 avqust 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 19:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatdan təqaüd katından pul çıxardan X3 edərəkən 100,00 manat pulunu, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatında X5 götürüb kənarlaşan zaman bankomatdan çıxan 274,00 manatını, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul çıxarmaq istəyən X1 edərəkən ona qarşı dələduzluq etdərək 351,00 manatını, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd alan X2 edərəkən ona qarşı dələduzluq edərək 268,00 manatını və bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:30-da 14-cü məhəllədə Beynəlxalq Bankın bankomatından pul almaq üçün X4 etmək istəyərkən ona qarşı dələduzluq edərək 500,00 manatını oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2119/2022, 3(060)-2120/2022, 3(060)-2121/2022, 3(060)-2122/2022 və 3(060)-2123/2022 №li işlər bir icraatda 3(060)- 2119/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2119/2022, 3(060)-2120/2022, 3(060)-2121/2022, 3(060)- 2122/2022 və 3(060)-2123/2022 №li işlər bir icraatda 3(060)-2119/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar