Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2122/2024 02.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 326-cı maddəsinə əsasən tərtib edilmiş 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Bakı-Quba şosesi Sumqayıt dairəsində Şəxs MMC məxsus yük daşımalarını yerinə yetirən İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanmamış, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Şəxs MMCnin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və əmək müqaviləsi üzrə hüquqşünas vəzifəsində çalışan işçisi Nümayəndə bildirdi ki, özlərini tərtib edilmiş protokol üzrə təqsirli bilmədiklərini bildirmişdir. Belə ki, o, Şəxs MMC barəsində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğunu bildirmişdir. Belə ki, Şəxs MMC böyük şirkətdir və Azərbaycan Respublikası ərazisində olan çoxlu sayda satış məntəqəsinə Şəxs MMC-nə məxsus yük maşınları ilə mal göndərir. Qeyd edir ki, reys qabağı bütün nəqliyyat vasitələrinin texniki müayinələri təşkil edilir və sürücülər “Xəzər” klinikasında müayinədən keçirilirlər. Klinikadan müayinədən keçdikdən sonra təqdim olunan müayinə nəticəsinin əsli Şəxs MMC-də saxlanılır. Protokol tərtib olunan gün, yəni xx.xx.2024-cü il tarixdə sürücü Rasim Atamoğlanov həmin klinikada tibbi müayinədən keçmiş, bu barədə sürücü yoxlayıcıya məlumat vermiş, lakin həmin vaxt müayinə aktı sürücünün üzrəində olmadığı üçün təqdim edə bilməmişdir. Halbuki sürücü bu sənədin şirkətdə olduğunu bildirərək, təqdim edilməsi üçün vaxt istəsə də, təqdim edilməsi imkan yaradılmadan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC barəsində İXM-nin 326-cı maddəsinə əsasən 28 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü həmin tarixdə müayinədən keçirilmiş və müayinənni nəticəsi məhkəməyə təqdim olunur. Bildirir ki, şirkət olaraq onlar hər bir sürücünün öncədən, yəni reysə çıxmamışdan əvvəl tibbi müayinədən keçmələrində maraqlıdırlar, çünki sürücülərin hər hansı birində alkoqol sərxoşluğu və ya narkotik vasitədən istifadə etməklə və ya digər reysə çıxmağa maneə yaradan xəstəliklə avtomobil idarə edilməsi müəyyən edilərsə bu şirkət olaraq onların nüfuzuna xələl gətirmiş olar və bunun digər ağır nəticələri ola bilər. Bu səbəbdən hər bir sürücü kimi Rasim Atamoğlanov “Xəzər” klinikasında öncədən müayinə keçmişdir. Göstərilənləri nəzərə alaraq AQRO- VEST DC” MMC barəsində tərtiob edilmiş proptokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 28 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X2 tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Bakı-Quba şosesi Sumqayıt dairəsində Şəxs MMC məxsus yük daşımalarını yerinə yetirən İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 Azərbaycan Respublikası NK-nin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə yük daşımasını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys qabağı yoxlanılması, sürücülərin reys qabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2,3.2 bəndlərin tələblərini pozduğu aşkar olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş texniki baxış blankından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində sürücü Rasim Atamoğlanovun idarə etdiyi İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmış və reysə buraxıla bilər qeydi aparılmışdır. “Xəzər” klinikasının 30 nömrəli, xx.xx.2024-cü il tarixli profilaktik tibbi müayinə haqqında arayışdan görünür ki, Şəxs MMC-də işləyən sürücü Rasim Atamoğlanov xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçmiş və tibbi müayinənin nəticəsi praktik sağlam qeyd olunmuşdur. “Xəzər” klinikasından məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şəxs MMC və "xxxx" MMC şirkət işçiləri SN-nin Kollegiyasının 46-cı qərarına əsasən, bu ilin aprel-may ayından müqavilə əsasında dövri və ilkin müayinədən keçirlər. Müayinə paketinə əlavə olaraq şirkətin istəyi üzərinə bir qrup işçilərdə narko-test müayinəsi olunur. Şirkət müdiriyyəti əlavə olaraq alkotest müayinəsinin təşkil edilməsi ilə bağlı müqavilə bağlamaq istədiklərini bildirmişlər. İlkin sınaq məqsədi ilə Rasim Atamoğlanov xx.xx.2024-cü il tarixdə 08:00-09:30 radələrində klinikada müayinədən keçərkən əlavə olaraq, alkotest müayinəsindən keçmişdir və həmin gün nəticə təqdim olunmuşdur. Məhkəmə iş materiallarını o cümlədən tərəflərin təqdim etdiyi sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, video güntüdə 1 nəfər orta yaşlı, orta boylu, ağ köynəkli, qara şalvarlı şəxsin avtomagistralda “İsuzu” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı yük maşınına sürücü tərəfdən yaxınlaşdığı, avotmobildə iki nəfərin olduğu, sürücü ilə həmin şəxs arasında hansısa məzmunda dialoqun olduğu müəyyən edilir. Lakin çəkilişin keyfiyyətli aparılmaması və yolda şütüyən avomobillərin səsi dialoqun nədən ibarət olması müəyyən etməyə imkan verməmişdir. AR İXM-nin 326-cı maddəsinə görə Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, bu xəta üzrə tərkib əlamətlərinin yaranması üçün sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi tələblərinə əməl edilməməlidir. Tərtib edilmiş 28 avqust 2024-cü il tarixli aktda tələbləri pozulduğu qeyd edilən Azərbaycan Respublikası NK-nin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə yük daşımasını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reys qabağı yoxlanılması, sürücülərin reys qabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2,3.2 bəndlərin tələblərinin Şəxs MMC məxsus yük daşımalarını yerinə yetirən İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 tərəfindən pozulduğu göstərilmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Şəxs MMC inzibati xəta törətməmiş, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materilarına əlavə edilmiş texniki baxış blankından və “Xəzər” klinikasının 30 nömrəli, xx.xx.2024-cü il tarixli profilaktik tibbi müayinə haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində sürücü Rasim Atamoğlanovun idarə etdiyi “İSUZU” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmış, nəticədə reysə buraxılmışdır. Eyni zamanda Şəxs MMC-də işləyən Rasim Atamoğlanov “Xəzər” klinikasında xx.xx.2024cü il tarixdə saat 08:00-09:30-dək tibbi mayinədən keçmiş, praktiki sağlam olduğu müəyyən edilmiş, lakin həmin gün saat 11:00-da onun barəsində hər hansı qanuni əsas olmadan protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki tövsifedici hallar mövcud olmalı idi. 1 Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması və 2. həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu halında MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi mümkün ola bilərdi. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, Şəxs MMC-yə məxsus İSUZU markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reys qabağı texniki vəziyyəti yoxlanılmış reysə buraxılmaq üçün yararlı olmuş və sürücü Rasim Atamoğlanov xx.xx.2024-cü il tarixdə “Xəzər” klinikasında tibbi müayinən keçmiş və tibbi müayinənin nəticəsi görə praktik sağlam olduğu qeyd olunmuşdur. Şəxs MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə Şəxs MMC-nin hər hansı hüquqazidd əməl törətmək niyyəti olmadığı və inzibati xəta törətmədiyi qənaətinə gəlir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya məhkəmə iclasında təqdim etməmiş və ya təqdim edilən sənədlər iş üzrə məhkəmə baxışı zamanı müəyyən edilmiş digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2122/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2122/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver