Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2124/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllədə köşkdə işləyən Həsənov Alqayıt Babaş oğlunun 101 manat pulunu oğurlamış, xx.xx.2022-ci il tarixdə saat 15:38 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu alarkən ona köməklik edərək X9 qarşı dələduzluq edərək 200 manat pulunu mənimsəmiş və xx.xx.2022-ci tarixdə saat 14:45 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu alarkən ona köməklik etməsini xahiş edən X4 qarşı dələduzluq edərək 397 manat pulunu mənumsəmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünü tam təqsirli bilir. xx.xx.2022-ci il tarixdə 22-ci məhəllə ərazisində olan meyvə köşkünə yaxınlaşmış, orada Alqayıt adlı şəxsdən 11 manat dəyərində meyvə almış və sonra onu dilə tutub 90 manat da pul alaraq aptekə gedib qayıdacam deyərək həmin ərazini tərk etmişdir. Bundan başqa 11 və 14 iyul 2022-ci il tarixlərdə 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu almaq istəyən X9 və X1 etmək adı ilə onları aldadaraq X7 200 manat, X3 isə 397 manat pulunu mənumsəmişdir. Əməlindən peşmandır. Hal-hazırda ziyanı ödəməyə imkanı olmadığını, gələcəkdə imkanı olanda ödəyəcəyini, himayəsində 02 azyaşlı uşağının olmasını və anasının yataq xəstəsi olmasın nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:38 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu alarkən ona köməklik etməsini xahiş etdiyi naməlum qadın həmin bankomatda pul olmadığını bildirərək bankomatdan çıxan 200 manat pulu götürərək onu aldadaraq dələduzluq etmişdir. Onlar razılığa gəlmişlər, dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X10 məhkəmə iclasında bildirdi ki, X5 onun nənəsidir. O, nənəsi ilə birlikdə nənəsinin təqaüdünü çıxarmaq üçün xx.xx.2022-ci tarixdə 14-cü məhəllədə yerləşən Beynəlxalq Banka məxsus bankomata getmişlər. Nənəsi təqaüd pulunu cıxararkən ona köməklik etməsini xahiş etdiyi qadın onu aldadaraq 397 manat pulunu mənimsəmişdir. Həmin vaxt o mobil telefonla danışdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi olduğundan, inzibati xəta törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və şahidin izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Sumqayıt şəhəri, 22-ci məhəllədə köşkdə işləyən Həsənov Alqayıt Babaş oğlunun 101 manat pulunu oğurlamış, xx.xx.2022-ci il tarixdə saat 15:38 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu alarkən ona köməklik edərək X9 qarşı dələduzluq edərək 200 manat pulunu mənimsəmiş və xx.xx.2022-ci tarixdə saat 14:45 radələrində 14-cü məhəllədə Beynəlxalq Banka məxsus bankomatdan təqaüd pulunu alarkən ona köməklik etməsini xahiş edən X4 qarşı dələduzluq edərək 397 manat pulunu mənumsəmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxslər Həsənov Alqayıt Babaş oğluna, X9 və X4 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2124/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2124/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver