Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2125/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, avtosalonda işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Corat qəsəbəsi ev 322A ünvanında yaşayan FİN (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8i-8098 nömrəli xx.xx.2024-cü il tarixli və 8i-8099 nömrəli xx.xx.2024-cü il icra qeydləri üzrə Zərərçəkmiş şəxs 24970 manat borcu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmuru Sevinc Əhmədova izahatında bildirdi ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8i-8098 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 23545 manat Şəxs tutularaq X2 verilməlidir. Həmçinin, Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş 8i-8099 nömrəli xx.xx.2024-cü il icra qeydinə əsasən 2425 manat Şəxs tutularaq X2 verilməlidir.Beləliklə, xx.xx.2024-cü ildə icraata başlamaq haqqınd aqərar qəbul olnmuş və borclu tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuşdur. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu İXM-in 528.1-cimaddəsi ilə təqsirli bilinərərk 500 manat məbləğində cərimə olunmuşdur. Ümumilikdə, Şəxs 24970 manat borcu üzrsüz səbəbdən ödəməmişdir və indiyə qədər hər iki icra qeydi üzrə isə cəmi 1000 manat ödəniş etmişdir. Həmçinin qeyd etmişdir ki, Şəxs borcunu tam şəkildə yox, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Beləliklə, tələbkarın şikayəti əsasında Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, ümumi borcundan xəbərdardır. İndiyə qədər borcundan 1 ay əvvəl 1000 manat, 2024-cü ilin sentyabrında 1500 manat və 300 dollar ödəmişdir. Hal-hazırda tərtib olunmuş protokola əsasən hər iki icra qeydi üzrə isə 1000 manat tələbkara ödəniş etmişdir. Bildirmişdir ki, bir aydır ki, avtosalonda işləyir və aylıq gəliri 1700-1800 manatdır. Buna görə də, ona şərait yaradılarsa və vaxt verilərsə aylıq borcundan hissə-hissə olmaqla 1000 manat ödəyə bilər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar ona pulu hissə-hissə verib. Həmçinin bildirmişdir ki, tələbkarın kart hesabına aylıq 1000 manat göndərəcək. İkinci Qarabağ müharibəsi iştirakçısı olması vəson bir ayadək iş yeri olmağını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ona ödəməli olduğu ümumi borcunun məbləği 28395 manatdır. Axırıncı dəfə borclu olan 2024-cü ilin sentyabr ayında 1000 manat və 300 dollar ödəniş edib. Ondan sonra ona heç bir ödəniş olmayıb, borclu borcunu tam şəkildə ödəyə bilmir. Bundan əlavə olaraq bildirmişdir ki, borclu Sumqayıt şəhər Məhkəməsinin əvvəlki qərarı ilə aylıq 1000 manat ödəyəcəyinə söz versə də, heç bir ödəniş etməmişdir. Növbəti məhkəmə iclasında 3000-5000 manat ödəyəcəyinə söz versə də, ödəməmişdir. Hal-hazırda hər iki icra qeydi üzrə borclu borcundan 1000 manat ödəniş etmişdir. Həmçinin bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin əvvəlki qərarları ilə Şəxs cərimə olunmuşdur, lakin bildirmişdir ki, borcunu ödəyə bilməyən birinin cəriməni ödəyə bilməsi şübhə altındadır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən borclunun 10000 manat ödəniş edərək qalan borcunu isə hissə-hissə ödəməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8098 nömrəli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan SƏRXANLİ SALEH ASLAN OĞLUNDAN (AA*******, xx.xx.2020 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1998) 2 saylı Sumqayıt regional "Asan xidmət" mərkəzinin xx.xx.2023-cü İİ tarixli 3m-191 saylı borc müqaviləsinə və Sumqayıt şəhər 2 saylı Sumqayıt "Asan xidmət" mərkəzinin xx.xx.2024-cü İİ tarixli müqavilənin dəyişdirilməsinə dair müqaviləyə əsasən xx.xx.2024-cu il tarixi müddət üçün vaxtında ödənilməmiş 23520 manat 00 qəpik (iyirmi üç min beş yüz iyirmi manat sıfır qəpik) tutulmalıdır. Bundan əlavə təklif edir ki, borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23545 manat 00 qəpik (iyirmi üç min beş yüz qırx beş manat sıfır qəpik) pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8099 nömrəli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2020 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1998) 2 saylı Sumqayıt regional Asan xidmət" mərkəzinin xx.xx.2024cü il tarixli 3m-121 saylı borc müqaviləsinə əsasən 23,07.2024cü il tarixi müddət üçün vaxtında ödənilməmiş 2400 manat 00 qəpik (iki mln dörd yüz manat sıfır qəpik) tutulmalıdır. Bundan əlavə təklif edir ki, borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cemi 2425 manat 00 qəpik (iki mir. dörd yüz iyirmi beş manat sıfır qəpik) pul tutulmalıdır. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8098 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs barəsində icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixində borclu qərar və bildirişlə tanış olmuşdur. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 8i-8098 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddət ərzində icra etməsi tələb edilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun faktiki yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış qərarı qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu icra sənədi üzrə İcra İdarəsinə gəlib tələbi təmin etməlidir. Borclu xəbərdarlıqla tanış olub. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs icra sənədi üzrə tələbi bu günədək maddi imkansızlıq səbəbindən ödəməmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8098 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 23520 manat, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun 8i-8099 nömrəli icra sənədinə əsasən 2400 manat pulu Zərərçəkmiş şəxs üzrsüz səbəbdən ödəməkdən yayınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun faktiki yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış qərarı qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs eyni icra sənədinə münasibətdə qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini inzibati məsuliyyətə cəlb edildiyi gündən bu günədək olan müddətdə icra etməmiş, məhkəmə qərarının icrasından yayınmışdır. “İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Sevinc Əhmədovanın ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin və borclunun, tələbkarın vermiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Bundan başqa məhkəmə qeyd edir ki, tələbkar izahatında ümumi borcun 28395 manat olduğunu bildirsə də, tərəflərin iştirakı ilə icraatın başlanmasına əsas olan icra qeydlərində göstərilən məbləğlər məhkəmə iclasında elan edilərək tələbkarın nəzərınə çatdırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən Şəxs vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Əməli ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanunun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və 1000 (min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2125/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2125/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver