Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2131/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə iştirakı ilə, 1*.*8.1982-ci il tarixdə Çin Xalq Respublikasında doğulmuş, Çin Xalq Respublikasının vətəndaşı, "xxxx" MMC-nin baş direktoru (FİN: 4*52 FC) Müvəqqəti yaşayış icazəsi *716933 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Xidməti X4 tərəfindən tərtib edilmiş 22.*8.2*25-ci il tarixli, MN ******* nömrəli protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 22.*8.2*25-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, "xxxx" MMC-nin baş direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2**5-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”-da nəzərdə tutulan rəhbərlər, idarə, təşkilat, müəssisə rəhbəri (baş direktor, direktor, müdir, rəis) müəssisə direktorunun əmək funksiyası bölməsinin 3-cü abzasının (Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.) tələblərinə riayət edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs "xxxx" MMC-nin baş direktoru, Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri Nümayəndə izahatında bildirmişdir ki, hadisə 2*24-cü ilin noyabr ayında baş vermişdir, avtokarın aşması nəticəsində işçi xəsarət almışdır. Avtokarın aşmasına səbəb isə yolun təmiz olmamasına görə təkərin altında dəmir parçasının qalması olmuşdur və nəticədə işçi xəsarət almışdır. Qeyd edilən hadisə üzrə tibbi və əməyin təhlükəsizliyinin tədqiqi üzrə ekspertizalar keçirilmiş, müvafiq rəylər əldə edilmişdir. Ekspertiza və araşdırma aparıldığı üçün protokol gec tərtib edilmişdir. Baş vermiş hadisə ilə bağlı araşdırma həm prokurorluqda, həm də əmək mütəttişliyi tərəfindən aparılmışdır. "xxxx" MMC-nin baş direktoru, Şəxs Sumqayıt Şəhər Məhkəməsinə etiraz ərizəsi yazaraq, ərizəsində göstərmişdir ki, məhkəmədə baxılacaq inzibati xəta haqqındakı işlə bağlı etiraz etdiyini bildirir. O, qeyd etmişdir ki, uzun illərdir Azərbaycan Respublikasına sərmayə yatırmışdır. Müəssisədə Azərbaycan vətəndaşları işlə təmin olunmuş, ailələrinin sosial rifahı yüksəlmişdir. Şirkətin fəaliyyəti ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, həm də dövlət büdcəsinə vergi şəklində ciddi vəsaitlər ödəyir. Onların məqsədləri həmişə Azərbaycan Respublikasının qanunvericiliyinə hörmətlə yanaşmaq və bütün tələblərə əməl etmək olmuşdur. Hadisədən sonra da dərhal bütün təhlükəsizlik tədbirləri görülmüş, işçilərlə əlavə təlimatlar aparılmış, X5 məlumatlandırılmışdır. Bu baxımdan tərtib edilmiş protokol obyektiv və ədalətli deyil. Azərbaycan Respublikasında xarici sərmayədarların hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. O da bu siyasətə inanaraq Azərbaycan xalqının rifahına fayda vermək üçün investisiya yatırdığını bildirmişdir. Belə bir şəraitdə əsassız protokolun qüvvədə saxlanılması həm müəssisənin, həm də işçilərin mənafeyinə zərər vuracaqdır. Hadisə baş verən kimi müəssisə rəhbərliyi tərəfindən təhlükəsizliyin təmin olunması, təhqiqatın aparılması və müvafiq protokollaşdırma dərhal həyata keçirilmişdir. İşçilərlə növbədənkənar təlimatlandırma aparılmış, qeydiyyat jurnalları doldurulmuş, avtokarların hərəkəti dayandırılmış və X5 Xidmətinə yazılı məlumat təqdim olunmuşdur. Bu isə işəgötürənin məsuliyyətsiz davranmadığını, əksinə, qanuni öhdəliklərin dərhal icra edildiyini göstərir. Protokolda faktların qeyri-obyektiv və birtərəfli göstərilməsi, müəssisənin hadisə ilə bağlı atdığı zəruri addımlar əksini tapmamışdır. Bununla yanaşı həmin hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi qənaətinə gələrək 27 may 2*25-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və buna görə 9** manat məbləğində cərimə ödənilmişdir. Eyni faktla bağlı iki müxtəlif protokolun tərtib olunmasını qanunsuz hesab etmişdir. Göstərilənləri nəzərə alaraq, tərtib olunmuş inzibati protokolun əsassız sayılaraq ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs etiraz ərizəsində protokolu qanunsuz hesab etsə də, onun Azərbaycan Respublikası İXMin 198.3-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə-tibbi və məhkəmə təhlükəsizlik-texnikası ekspertizalarının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 Xidməti X4 tərəfindən tərtib edilmiş 22.*8.2*25-ci il tarixli, MN ******* nömrəli protokola əsasən, "xxxx" MMC-nin baş direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2**5-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”-da nəzərdə tutulan rəhbərlər, idarə, təşkilat, müəssisə rəhbəri (baş direktor, direktor, müdir, rəis) müəssisə direktorunun əmək funksiyası bölməsinin 3-cü abzasının (Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.) tələblərinə riayət edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 26.12.2*24-cü il tarixli, 21*5 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində bu xəsarətlər vardır: Sağ oturaq və qasıq sümüklərinin qapalı yerdəyişən, burun sümüyünün yerdəyişən sınıqları, döş qəfəsinin küt travması. Sol aşıq-baldır və sol diz oynağı əziyi. Təpə nahiyyəsinin və alt çənənin əzilmiş yaraları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 2*.11.2*24-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə- sağ oturaq və qasıq sümüklərinin qapalı yerdəyişən, burun sümüyünün az yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır xəsarətlər yəni- döş qəfəsinin küt travması. Sol aşıq-baldır və sol diz oynağının əziyi. Təpə nahiyyəsinin və alt çənənin əzilmiş yaraları isə- sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 21.*2.2*25-ci il tarixli, 1*/145 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, “Əməyin təhlükəsizliyi sistemi. Müəssisədə yüklərin yerdəyişməsi 12.3.*2*-8* DÜST-nün 2.5-ci bəndinin tələbi pozulmuşdur və bu hal hadisənin baş verməsinə səbəb olmuşdur. Sumqayıt şəhəri ərazisində “X12”-nda fəaliyyət göstərən Vanhong şirkətinin açıq anbar sahəsində nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolların təmiz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Əməyin təhlükəsizliyi sistemi. Müəssisədə yüklərin yerdəyişməsi prosesləri. 12.3.*2*-8* DÜST-nın 2.5-ci bəndinin tələbi anbar ərazisində nəqliyyat yollarının təmiz saxlanılmasına cavabdeh olan şəxslər tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Hadisənin səbəb və şəraitini nəzərə aldıqda, avtokar sürücüsü Zərərçəkmiş şəxs özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 1** (bir yüz) manat məbləğində müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxs X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətində yazdığı izahatında bildirmişdir ki, 2*.11.2*24-cü il tarixdə "xxxx" MMC-də əmək vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtokarın aşması nəticəsində xəsarət almışdır. Hadisə saat 22:**-dan 23:** qədər olan radələrdə baş vermişdir. Belə ki, həmin gün o, zavodda istehsal olunan malları avtokar ilə çöl anbara daşımış, həmin yolun üzərində yerləşən müəssisədaxili anbarların sıra nömrəsini göstərən dəmir nişanın üstünə çıxmağı nəticəsində, avtokarın aşması nəticəsində hadisə baş vermişdir. Zavodda istehsal olunan malları anbara daşımaq üçün avtokar sürücülərinə malın hansı anbara daşıyacağını bilməsi üçün anbar cərgələrinin kodları verilir. Həmin kodlar vasitəsilə anbar sırasının nömrəsi müəyyən edilir və malları həmin marşrutla daşıyırlar. Hadisə də onun avtokarla anbar nömrələrini göstərən dəmir hissəciklərin birinin üzərinə çıxmağı nəticəsində baş vermişdir. Hadisəyə səbəb həmin dəmir hissəciyin yerində deyil, qırağa aşdığına görə, həm də gecə olduğuna görə avtokarla keçərkən dəmir sağ təkərin altında qalmış və o, sol tərəfə aşmışdır. Hadisə baş verdikdən sonra iş yoldaşları Məhəmməd və Tahir gələrək avtokarı qaldırmış və o, yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Daha sonra sətəm Vüsal yanına gəlmiş, X11 maşını hadisə yerinə gələrək onu Sumqayıt Travmatologiya Xəstəxanasına aparmış, xəstəxanada müayinə olunmuş, rentgen edilmiş, 14 gün xəstəxanada yatmışdır. Başına 3 ədəd tikiş qoyulmuş, burnu əməliyyat olunmuş, daha sonra evə buraxılmışdır. Məhkəmə qeyd edir ki, vəzifəli şəxs kimi "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyən Şəxs vəzifəsi yalnız tabeçiliyində olan işçiləri təlimatlandırmaqla məhdudlaşmır, onun vəzifəsi həmçinin tabeçiliyində olan işçilərin işinə nəzarət edilməsi, sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməkdən ibarətdir. İndiki halda Şəxs qeyd edilən vəzifələrini yerinə yetirməməsi, yəni tabeçiliyində olan işçinin (konkret halda X6) işinə nəzarət etməməsi, onun işlədiyi sahədə texniki təhlükəsizlik və əməyin qorunması normalarını təmin etməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını dinləyib, barəsində protokol tərtib edilmiş şəxsin izahatı, iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1*-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 4*, 43, 48-51, 114, 128-13*-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1.5** (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 1* (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2131/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2131/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver