Məhkəmə qərarları › İş №3(060)-2132/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2132/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2132/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonu, Tərneft kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anda yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:25 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində polis əməkdaşına avtonəqliyyat vasitəsinin açarlarını təqdim etməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhəti ilə əlaqədar həkimə getdiyi üçün “Mitsubisi Roza” markalı, **-BD-*** markalı avtomaşını sürücü tanışı Asif adlı şəxsə vermək üçün xx.xx.2023-cü il tarixdə saat 23:25 radələrində Sumqayıt şəhəri, Daş Bazarı ərazisində olan “100 Petrol” yanacaq doldurma məntəqəsinə gətirmişdir. O, avtomaşından aşağı düşmüş və açarı taksi ilə Asifin yaşadığı ünvana göndərmiş, piyada yaşadığı ünvan istiqamətinə gedən zaman YPX avtomaşını ona məxsus avtomaşının qabağında yolun əks istiqamətində saxladığnı görmüş, həmin yerə yaxınlaşanda YPX əməkdaşı Elməddin ona içkili avtomaşını idarə etdiyini bildirmişdir. O,ona içkili olmadığını, içkili olsa da, onu avtomaşın idarə edərkən saxlamadağını bildirmiş, YPX əməkdaşı ona açarı təqdim etməyini demişdir. Açarları göndərdiyini və üzərində olmadığını bildirmiş, YPX əməkdaşı açarı verməli olduğunu tələb etmiş və o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra isə Elməddin PPX əməkdaşlarını çağırmış və o heç bir mübahisə etmədən PB-nə getmişdir. YPX əməkdaşı Elməddin isə ona məxsus avtomaşını evakuatora qoyaraq cərimə meydançasına aparmışdır. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:25 radələrində Sumqayıt şəhəri, Daş Bazarı ərazisində olan “100 Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında “Mitsubisi Roza” markalı, **-BD-*** markalı avtomaşının sürücüsü yol ayrıcına çatmamış avtomaşını saxlayıb düşmüşdür. O, srücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sürücü avtomaşının onun olmadığını bildirmişdir. Bu zaman o, bort computer vasitəsilə yoxlama aparılmış və müəyyən edilmişdir ki, avtomaşını etibarnamə əsasında Şəxs idarə edir. O, sürücü ilə ünsiyyətdə olan zaman ondan spirtli içki iyi gəldiyini hiss etmiş, sürücü isə onunla danışa-danışa oradan uzaqlaşmaq istəmişdir. Bu zaman o, sürücünü nizam intizama dəvət edərək avtomaşının açarlarını təqdim etməsini bildirmiş, lakin sürücü ona açarları təqdim etməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onun tərəfindən həmin əraziyə PPX əməkdaşları çağırılmış və sürücü Polis Bölməsinə, avtomaşın isə evakuatorla cərimə meydançasına aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad olunmuşdur. İş materiallarında olan A/1611 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində müayinə zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını, vəkilin çıxışını dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını, vəkilin çıxışını dinləyib və iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:25 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsində polis əməkdaşına avtonəqliyyat vasitəsinin açarlarını təqdim etməyərək polisin qanuni tələbinə tabe olmamışdır. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir, onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4- 1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 50 (əlli) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar