Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2132/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Yurdakul Nailin xx.xx.2025-ci il tarixli EQ 28389313 nömrəli inzibati tənbeh vermə haqqında protokol və ona dair qərarın ləğv edilməsi barədə verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Yurdakul Nail şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ 28389313 nömrəli protokol və ona dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermə müddəti ötürülmüşdür. Yurdakul Nail tərəfindən şikayətə əlavə edilmiş inzibati xəta barədə elektron sistemdən çıxarışdan görünür ki, Yurdakul Nailin barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə 600 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən qərardan şikayət verilmə müddəti qanunvericiliklə 20 gün müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, qərardan şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Şikayətdə inzibati xəta haqqında qərarın hansı tarixdə əldə edilməsi və qərarın qəbul edilməsindən onun nə zaman məlumatlı olmasına dair hər hansı bir qeyd göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət şikayət verilməsi üçün müəyyən edilmiş 20 günlük müddət ötürüldüyündən, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, qeyd edilən qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti əlavə etməklə məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Yurdakul Nailin xx.xx.2025-ci il tarixli EQ 28389313 nömrəli protokol və ona dair qərardan verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərardan müddətin bərpa edilməsinə dair vəsatəti əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2132/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2132/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver