Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2135/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 06 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023cü il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 41A məhəllə, ev 4V,mənzil 50-də aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol əlinin 4-cü barmağını bıçaqla kəsmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X6 izahatında bildirdi ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 41A məhəllə, ev 4V, mənzil 50-də qeyri rəsmi yaşadığı X1 ilə aralarında yaranmış mübahisə zamanı Elviranın anası Zərərçəkmiş şəxs mübahisələrinə müdaxilə edib onları sakitləşdirmək istəyərkən Şəxs əlində olan bıçaq onun sol əlinin 4-cü barmağını kəsmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanovun NK-1/796 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Yüksel X5 əridir. X9 2021-ci ilin may ayında ailə həyatı qurmuşlar, lakin onların rəsmi nikahları olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində yaşadığı evdə olan zaman qızının əri Mehmet onlara gəlmiş, övladı və ailəsi ilə görüşdükdən bir neçə dəqiqə keçdikdən sonra Mehmet azyaşlı övladını gedən zaman özü ilə aparacağını bildirmişdir. Həmin vaxt qızı Elvira buna öz etirazını bildirdi, bu zaman Mehmet əl çantasından qısa ölçülü taxta saplı bıçağı çıxararaq qızına xəsarət yetirmək məqsədilə onun üzərinə gəlmiş, həmin vaxt o Şəxs qarşısına keçərək əlində olan bıçağı almaq istəmişdir. Bıçağı alan zaman bıçaq onun sol əlinin 2-ci barmağını kəsmiş və xəsarət almışdır. Qızı baş vermiş hadisə barədə DİNnin 102 xidmətinə məlumat vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə özünü qismən təqsirli bilərək göstərdi ki, Elvira ilə 2021-ci ilin may ayında ailə həyatı qurmuş, lakin onların rəsmi nikahları olmamışdır. Elvira ilə olan qeyrirəsmi münasibətindən 2022-ci il təvəllüdlü oğlu Məhəmmədəli dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Elviranın yaşadığı evə gedərək övladı ilə görüşüb evə keçmişdir. Bir neçə dəqiqə oturub söhbət etdikdən sonra Elviraya övladını 1 günlük aparıb saxladıqdan sonra gətirəcəyini bildirmişdir. Lakin Elvira ona övladını aparmağına icazə verməmişdir. Həmin vaxt aralarında mübahisə baş vermişdir. O, əsəbləşdiyi üçün əl çantasında olan taxta saplı kiçik ölçülü bıçağı götürərək Elviranın üzərinə getmişdir. Lakin həmin vaxt Elviranın anası Ruxsarə onun qarşısına keçərək əlindən bıçağı almaq istəmiş, o əlində olan bıçaqla onun sol əlinin 2-ci barmağına xəsarət yetirmişdir. Bundan sonra baş vermiş hadisə barədə Elvira DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əməlindən peşmandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1224 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol əlin İİ barmağının səthi kəsilmiş yarası. Qeyd olunan xəsarət iti kənarlı əşyanın (alətin) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi və sağalmlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Rəhman Qurbanovun NK-1/796 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxsna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2135/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2135/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver