Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2139/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlilliyi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 07 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:15 radələridə Sumqayıt Şəhər Məhkəməsində hakim Elmir Hüseynovun məhkəmə zalında hakimin qərarına narazılıq edərək tribunanın qapısını təpiklə vurub sındırmış və səs-küy salmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 07 sentyabr 2023cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 20 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onunn iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o anası X8 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 10:15-də hakim Elmir Hüseynovun sədrliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin mülki iş üzrə aparılan 9 nömrəli zalında əlində sübutları olmağına baxmayaraq hakim iddialarını rədd etdiyinə görə o zalın tribunasının qapısının taxtasını anasının əlindəki əsa ilə vuraraq sındırmışdır. Belə ki, o iclas zamanı hakimə qonşusu X9 ilə X1 vasitəsilə çirkab suları axıtdığıan görə 6-cı mərtəbənin turbalarının tutulduğunu, çirkab suların onlara axıdıldığını, evlərinin çirkab sulara batmasını, onlardan aşağı qonşuya axdıldığını bildirmişdir. 2017-ci ildə X6 Toğrulla birlikdə çirkab suların onların evinə axdığına görə onlara gələrək qapılarının açarını sındırmış, anasını itələyərək, anası yerə yıxılaraq ayağı sınmışdır. 2022-ci ildə qonşusu X11 yoldaşı X12 onlara gələrək evinə çirkab suları axdığına görə ona erməni tulası deyərək, güvəndiyi erməniləri yola salandan sonra onu bıçaqlayacağını bildirmiş, su sayğacını da qırmışdır. Bununla bağlı həmin vaxt 102 xidmətinə müraciət etmişlər. Bununla bağlı 3-cü PB-də araşdırma aparılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə hakim Elmir Hüseynov telefonunda olan videogörüntülərə və 102 xidmətinə müraciətini nəzərə almadığından iddialarını rədd etdiyinə görə o tribunanın qapısına əsa ilə vurmuş, qapı yerindən çıxmışdır, Qapı sınmamışdır. O hakimə qarşı hər hansı kobud söz işlətməmişdir. O tribunanın qapısından başqa zalın digər heç bir əmlakına zərər yetirməmişdir. 2017-ci ildən bugünə kimi evinə çirkab sular axır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, 2-ci qrup əlildir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 bildirdi ki, Şəxs qarşı tərəflər, yəni hakimlə müəyyən anlaşılmazlıq olduğuna görə belə hərəkətlərə yol vermişdir, 2-ci qrup əlildir. Ona görə də, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanladığı arayışdan görünür ki, məhkəmədə olan iclası zalına dəymiş ziyan 40x60 ölçüdə 2 laylı meşə ağacı və üzü şponlanmış kavboy qapıların 2 ədədi 300 AZN məbləğində müəyyən edilir. İş materialında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X10 1 NK-869 №li 1 material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərlənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərar barədə maraqlı şəxslərə məlumat verilmiş və ibtidai araşdırmay prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməsi, qərarın surətinin qeyd olunan hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232.1ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə təqdim edilməsi qərara alınmışdır. Qeyd olunan material üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs Sumqayıt Şəhər Məhkəəsinin 9 saylı məhkəmə iclas zalında tribunanın qapısını sındıraraq 300 AZN maddi ziyan vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edildiyindən inzibati qaydada məsuliyyətə cəlb olunması qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri özünün Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə verdiyi izahatı ilə bərabər işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal Şəxs 2-ci qrup əlil olmasıdır, məsuliyyəti ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 300 (üç yüz) manat cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2139/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2139/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver