Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-214/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 14 yanvar 2022-ci il tarixli, 00700-0271/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.1 və 496.1-ci maddələrinə əsasən 14 yanvar 2022-ci il tarixli 00700-0271/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 06.12.2021-ci il tarixli, 34/012/003710 nömrəli raportunda Şəxs MMC-nin (VÖEN **********) ünvanına Cin Xalq Respublikasından daxil olmuş və Sumqayıt Baş Gömrük İdarəsində 10.11.2021-ci il tarixli, **********1482 sorğu nömrəli GBsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş “alüminium seksiyalı radiatorlar” yükünün saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Belə ki, raportun araşdırılması zamanı qeyd olunan yükün saxlancda qalma müddətinin 03.12.2021-ci il tarixədək bitdiyi müəyyən edilmişdir. Faktla əlaqədar Sumqayıt Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 16.12.2021-ci il tarixdə 00700-00271/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC 10.11.2021-ci il tarixli, **********1482 sorğu nömrəli gömrük bəyannaməsi ilə Çin Xalq Respublikasında qediyyatda olan “Zhejiang East industrial CQ., LTD” şirkətindən 01.07.2021-ci il tarixli müqavilə və 20.09.2021-ci il tarixli 210920 saylı invoys əsasında idxal etdiyi ümumi gömrük dəyəri 75497.00 manat olan “alüminium seksiyalı radiatorlar” yükünü 03.12.2021-ci il tarixədək müvəqqəti saxlanca xüsusi gömrük prosedurunda yerləşdirmiş, lakin saxlanc müddətinin basa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.1 və 496.1-ci maddələrinə əsasən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli 00700-0271/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 17 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 31 yanvar 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Gömrük Gömrük Əməliyyatları İdarəsinin rəis müavini Sərxanov Aslan Fəyaz oğlu Sumqayıt Baş Gömrük İdarəsinin rəisinə 06.12.2021-ci il tarixli raportla müraciət edərək göstərmişdir, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMCnin idxal etdiyi “alüminium seksiyalı radiatorlar” yükü SBGİ-də 11.11.2021-ci il tarixdə **********1482 saylı GB ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq yükün rəsmiləşdirilməsi bugünədək həyata keçirilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müvafiq araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir. İş materialında olan 05.01.2022-ci il tarixli Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 10 noyabr 2021-ci il tarixli, **********482 sorğu nömrəli gömrük bəyannaməsi ilə “alüminium seksiyalı radiatorlar” yükü müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və saxlancda qalma müddəti barədə öhdəlik götürülmüş malları saxlanc müddətinin 03.12.2021-ci il tarixdə başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli izahat verən “TR-72" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatından görünür ki, Şəxs MMC 01.07.2021-ci il tarixli müqavilə və 20.09.2021-ci il tarixli 210920 nömrəli invoys əsasında Çin Xalq Respublikasında qeydiyyatda olan “X9 CO., LTD” şirkətindən idxal etdiyi “alüminium seksiyalı radiatorlar” yükünü 10.11.2021-ci il tarixli, **********1482 sorğu nömrəli gömrük bəyannaməsi ilə 03.12.2021-ci il tarixədək müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirdiklərini, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq maliyyə problemləri olması səbəbindən mallara görə ödənilməli olan ödənişləri ödəyib saxlancdan çıxara bilmədiklərini bildirmişdir. Həmçinin X1 yerləşdirilmiş malların satıldığını bildirmişdir. İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) 10.11.2021-ci il tarixli, **********1482 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirərək 03.12.2021-ci il tarixədək geri qaytaracağı barədə öhdəlik götürdüyü “alüminium seksiyalı radiatorlar” yükü saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirməmişdir. Şəxs MMC müvəqqəti saxlanca verləsdiridivi və saxlancda qalma müddətləri basa çatmış ümumi gömrük dəyəri 75.497,00 manat təşkil edən malları başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etmədiyi və va gömrük anbarında yerləşdirmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 496.1-ci maddəsi ilə, qeyd olunan mallar barəsində müəvvən edilmiş sərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılaraq mallar üzərində sərəncam verdiyi ücün isə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 491.1-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 75.497,00 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 2 olan Şəxs (VÖEN **********1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi məbləğində (75.497,00 manat X 50 %), yəni 37.748,5 (otuz yeddi min yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-214/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-214/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver