Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-214/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏNETDİ: Qax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 3(024)-328/2024 saylı qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işin aidiyyəti üzrə göndərilməsinin əsası kimi inzibati xəta haqqında protokola əsasən Şəxs hal-hazırda Sumqayıt şəhəri, X1 məhəllə 07-də yaşaması göstərilmişdir. Lakin, müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxsin qeydiyyat yeri (yaşayış yeri) Sumqayıt şəhəri, Yeni YM, məhəllə 7 ünvanı göstərilsə də, onun şəxsiyyət vəsiqəsi məlumatlarında qeydiyyat yerinin (yaşayış yerinin) Qax rayonu ərazisi olması göstərilmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Şəxs qeydiyyat yeri Qax rayonu, Almalı kəndidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xəta hesab edilir və onun törədilmə yeri şəxsin yaşayış yeri hesab edilir. Şəxsin yaşayış yeri isə onun qeydiyyatda olduğu ünvan hesab edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Nəzərə alsaq ki, Şəxs qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyat (yaşayış) ünvanında müvafiq tədbir görməməklə (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə tətbiq edilmiş inzibati cəriməni qərar qüvvəyə mindiyi vaxtdan 03 ay müddətə ödəməməklə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi şəxsin qeydiyyat yerində (yaşayış yerində) baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs qeydiyyat (yaşayış) yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Qax Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Qax Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərardadındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Qax Rayon Məhkəməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-214/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-214/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver