Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2140/2023 07.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X11, Tələbkar - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkilnun iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X13 tərəfindən 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3768/2016 saylı, xx.xx.2016-cı il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3111/2021 saylı, xx.xx.2021ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X13 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3768/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 783,92 manat məbləğində əsas borc və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3111/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən “Huawei P Smart” markalı telefon və aksesuar üçün 450 manat ödənilməmiş hissə və 20 manat dövlət rüsumu Şəxs tutularaq "xxxx" Telecom MMC-yə verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3516/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 1 ədəd “LG” markalı soyuducunun (dəyəri 1260 manat) X5 verilməsi qət edilmiş, X2 apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1 ədəd televizor (790 manat) və divan-kreslonun da (960 manat) Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. Lakin borclu icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. 2023-cü ilin yanvar ayında borclu axtarışla məcburi qaydada gəitirilmiş, X1na borcundan 800 manat ödəmiş, tərəflər arasında razılaşma olduğundan həmin vaxt barəsində protokol tərtib edilməmişdir. Bundan sonra borclu yenidən ödəniş etməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə barəsində axtarış elan edilmiş və dünən Gəncə şəhərində tutularaq bu gün icra idarəsinə gətirilmişdir. Borclu izahatında borcunu sabah ödəyəcəyini bildirsə də bu inandırıcı deyildir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Gəncə şəhərində fermada işləyir, 250 manat maaş alır. Bir oğlu hərbi xidmətdədir, azyaşlı övladı vardır. Dolanmaqda çətinlik çəkir. Yanvar ayında ödədiyi 800 manat da borc xərc edərək ödəmişdir. Dünən polis tərəfindən saxlanılıb. Borcundan az-az ödəniş edəcəyini, Məhkəmədən ona möhlət verilməsini xahiş edir. Müdafiəçi Vəkil bildirdi ki, borclu ödəniş etmək üçün vaxt istəyir. Əgər həbs olunarsa ödəniş edə bilməyəcəkdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 bildirdi ki, borclu icra sənədi üzrə ona olan borcundan 800 manat ödəniş etmiş, qalan pulu isə ödəməmişdir, 9 aydır ki, icra məmurundan yayınır, onda hər hansı xəbər yoxdur, vaxt verilsə yenidən qaçacaqdır. Pulunu tələb edir. Məhkəmədən qanun çərçivəsində qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq icra sənədləri üzrə tələbkar "xxxx" Telecom MMC-nin nümayəndəsi və X8 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati işin materiallarını araşdıraraq protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib olunmuş şəxsi dinləyərək hesab edir ki, borclu şəxs Şəxs tərəfindən icra sənədi üzrə ödəniş edilməməsi onun qərəzli olaraq Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən boyun qaçırdığını göstərir. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3768/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 783,92 manat məbləğində əsas borc və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materillarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3111/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən “Huawei P Smart” markalı telefon və aksesuar üçün 450 manat ödənilməmiş hissə və 20 manat dövlət rüsumu Şəxs tutularaq "xxxx" Telecom MMC-yə verilməlidir. İş materillarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1 ədəd televizor (790 manat) və divankreslo (960 manat) Şəxs alınaraq X5 verilməlidir. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Polis İdarəsinin məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2022-ci il tarixdə 730077 saylı axtarış işi açılmışdır. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materillarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayon,ev 5b ünvanında qeydiyyatda olan Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3768/2016 saylı, xx.xx.2016-cı il tarixli Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3111/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-330/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, barəsində axtarş elan edilməklə 2023-cü ilin yanvar aında məcburi qaydada icra idarəsinə gətirildikdən sonra 800 manat ödəniş edərək yalan vəd verib qalan borcu ödəyəcəyini bildirərək yenidən ödəniş etməyərək icra sənədinin icrasından yayınmış, icra məmurunun çağırışlarına gəlməmiş, yenidən barəsində axtarış elan olunmaqla polis vasitəsi ilə gətirilmişdir. Qeyd olunanlara əsasən icra sənədləri üzrə borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq və icra məmurunun qanuni tələblərinə tabe olmamaq məqsədini təsdiq edir. Məhkəmə, hazırda borclunun ödəniş etmək üçün möhlət verilməsi barədə xahişini onun inzibati məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirir. Belə ki, bu günə qədər yaranmış borcundan yalnız bir icra sənədi üzrə axtarış vasitəsi ilə gətirildikdən sonra qismən ödəniş etmiş, digər icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımınca ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını, yalan vəd verərək icra sənədlərinin icrasından yayınmasını və axtarışla gətirilməsini, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda icra sənədləri üzrə borclarının olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında verilən izahatlara əsasən borclu xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində saxlanılaraq bu gün, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilmişdir. Buna görə də həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X6rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2140/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2140/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver