Məhkəmə qərarları › İş №3(060)-2142/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2142/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2142/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 18 avqust 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs xx.xx.2022-cü il tarixdə günorta saatlarında X1 bacısı Solmazın qəbrinin hasarını sökdürmüşdür. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən də X2 məxsus məzarın kənarına çəkilmiş 1 metr hündürlükdə mişar daşından olan hasarı sökmüşdür. Həmin məzarın ətrafında olan hasarın bir tərəfini sökməklə bağlı əvvəlcədən Cəmilə ilə razılığa gəldiklərini, lakin sonradan bir tərəfi sökdükdən sonra kənardan yaxşı görünmədiyi üçün hər üç tərəfi sökdüyünü bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbirstanlıqda olan vəfat etmiş bacısı X2 məxsus məzarın kənarına çəkilmiş 1 metr hündürlükdə mişar daşından olan hasarın qardaşı arvadı Şəxs tərəfindən sökülərək ona maddi ziyan dəymişdir və bununla bağlı polisə müraciət etmişdir. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. İddia və tələbi yoxdur. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Nəzərə alınmasını xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti əməli örədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün aidiyyatı xidmət sahəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar