Məhkəmə qərarları › İş №3(060)-2143/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2143/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2143/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sumqayıtçay satansiyası ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 4450 (dörd min dörd yüz əlli) manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10023/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2003cü il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Hal-hazırda 4450 (dörd min dörd yüz əlli) manat aliment borcu yaranmışdır. 2021-ci ilin noyabr ayınadək təqaüd alırdı və aliment həmin təqaüdə yönəldilmişdir. Lakin noyabr ayından təqaüd kəsildiyindən təqaüd aktiv deyil ona görə də, təqaüdlə bağlı inkasso qoymaq mümkün olmamışdır. Protokolu müdafiə etdiyini bildirərək Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10023/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2003cü il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İİ qrup əlil olduğunu, 259 manat təqaüd aldığını, 2021-ci ilin noyabr ayından əlilliyin müddəti bitdiyindən təqaüdünün kəsildiyini və əlilliyinin avqust ayının axırına kimi yenilənəcəyini bildirdi. Təqaüd alan zaman aliment təqaüd kartından çıxmış və qalan hissəsini isə poçt vasitəsilə ödəmişdir. 20 ilə yaxındır şizofreniya xəstəsidir. Tez-tez müalicə almaq üçün xəstəxaya yerləşdirilir. Aliment borcu olduğu üçün Azərbaycan Respublikası CM-nin 306-cı madəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Cəza çəkən zaman ailə üzvləri borc taparaq xx.xx.2022-ci il tarixdə aliment borcundan tələbkara 12335.00 (on iki min üç yüz otuz beş) manat ödənilmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra xəstə olmuş və alimentin hara ödənilməsini bilmədiyindən ödəniş etməmişdir. Sonradan öyrənmiş və xx.xx.2022-ci il taridə 150 (bir yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə isə 50 (əlli) manat aliment pulunu tələbkarın kart hesabına ödəmişdir. xx.xx.2022-ci il tarixdə tələbkarın kart hesabına aliment borcundan 450 (dörd yüz əlli) manat ödəmişdir. O, yenidən nikaha girdiyini və həmin nikahdan 02 azyaşlı uşaqları olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”ların surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstəxanada şizofreniya paranoid forma, fasiləsiz gedişli emosional-iradi qüsur hali diqnozu ilə müalicə almışdır. İş materiallarında olan Gəncə şəhər Psixatriya Xəstəxanasının 402/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Gəncə şəhər X5 Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron registrinə salınmış və tibbi rəy verilmişdir. Diaqnoz: F20.0 - şizofreniya paranoid forma, fasiləsiz gedişli emosional-iradi qüsur hali. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs adından X2 adına 12235.00 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs X1 hesabına 150 (bir yüz əlli) manat aliment ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs X1 hesabına 50 (əlli) manat aliment ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs X1 hesabına 450 (dörd yüz əlli) manat aliment ödəmişdir. İş materiallarında olan nikah və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşaq vardır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X11 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7704/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 4450 (dörd min dörd yüz əlli) manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Lakin borclu bu günə qədər yaranmış aliment borcundan cəmi 450 (dörd yüz əlli) manat məbləğində ödəniş etmişdir və borcun qalan hissəsinin ödənilməsindən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar