Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2145/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs Xudiyev Səyyad Mövsüm oğlunun, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 yol patrul xidməti inspektoru polis baş serjantı X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10.05.2021-ci il tarixli, TP ******* saylı Qərarından Xudiyev Səyyad Mövsüm oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Mövsüm oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10.05.2021-ci il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Xudiyev Səyyad Mövsüm oğlu Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş 10.05.2021-ci il tarixli qərarla 30 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmır. Həmçinin maddi imkanı çox aşağıdır. Məhkəmə iclasında çıxış edən şikayətçi Xudiyev Səyyad Mövsüm oğlu şikayət ərizəsindən fərqli izahat verərək bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar qanunidir. Həmin qərarla razıdır. Odur ki, Sumqayıt şəhər Məhkəməsinə verdiyi şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş X3 izahat verərək bildirdi ki, X5 Mövsüm oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər X9 Şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 10.05.2021-ci il tarixdə saat 23:01 radələrində Sumqayıt şəhəri, K.Axundov küçəsində VAZ 21713 minik markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Odur ki, şikayətin təmin olunmamasını Məhkəmədən xahiş edir. İş materiallarında olan Xudiyev Səyyad Mövsüm oğluna təqdim edilmiş 10.05.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Xudiyev Səyyad Mövsüm oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 30 (otuz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş şikayət vermiş şəxs Xudiyev Səyyad Mövsüm oğlunun məhkəmə iclas zalında təqdim etdiyi 01.07.2021-ci il tarixli ərizəsindən görünür ki, şikayətinin təmin edilməməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar qanunidir. Həmin qərarla razıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10.05.2021-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Xudiyev Səyyad Mövsüm oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Xudiyev Səyyad Mövsüm oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10.05.2021-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Xudiyev Səyyad Mövsüm oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 10.05.2021-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2145/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2145/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver