Məhkəmə qərarları › İş №3(060)-2145/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2145/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2145/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi informasiya sistemi tərəfindən qəbul edilmiş EQ 16491213 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli EQ 16491213 saylı, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ 16491213 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi 18-ci mikrorayon dairəsində “Opel Corsa minik” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 dayanma qaydalarını pozmasına görə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20,00 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. İXM-nin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Göründüyü kimi DİN BDYPİ-nin Mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən X5 barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş, lakin həmin qərarı səlahiyyəti qanunda nəzərdə tutulan qaydada rəsmiləşdirilməyən X4 mübahisələndirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən elektron qərar şikayətdə səhvən yazılmış DİN BDYPİ-nin mərkəzi informasiya sistemi tərəfindən deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, X1 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş EQ 16491213 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə və aidiyyət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar