Məhkəmə qərarları › İş №3(060)-2146/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2146/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2146/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 04 sentyabr 2024-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (bundan sonra BBGİ) tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 275.4-cü maddəsinə əsasən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan Şəxs MMC barəsində 3-33-1100/029/006651 saylı xx.xx.2024-cü il tarixli, 3-33- 1100/029/006912 və 3-33-1100/029/006913 saylı xx.xx.2024-cü il tarixli raportlar daxil olmuşdur. 3-33-1100/029/006651 saylı, xx.xx.2024-cü il tarixli raportda idxal edilən yüklərin (malların qablaşdırılması üçün etilen polimerlərindən məmulatlar) **********5194 saylı gömrük bəyannaməsində göstərilən kimi 3 çeşiddə deyil 7 çeşiddə olduğu, 3-33- 1100/029/006912 saylı xx.xx.2024-cü il tarixli raportda idxal edilən yüklərin (malların qablaşdırılması üçün etilen polimerlərindən məmulatlar) **********5268 saylı gömrük bəyannaməsində göstərilən kimi 2 çeşiddə deyil 3 çeşiddə olduğu, 3-33-1100/029/006913 saylı xx.xx.2024-cü il tarixli raportda idxal edilən yüklərin (malların qablaşdırılması üçün etilen polimerlərindən məmulatlar) **********9215 saylı gömrük bəyannaməsində göstərilən kimi 3 çeşiddə deyil, 6 çeşiddə olduğu qeyd edilmişdir. Hər bəyannamə üzrə mallara müxtəlif tarixlərdə yoxlama keçirilmiş və nəticəsi barədə protokol tərtib edilmişdir. Protokollara əsasən aşkar edilən malların ümumi çəkiləri bəyannamələrdə qeyd edilən ümumi çəkilərə uyğundur. Keçirilən yoxlamalar nəticəsində aşkar edilən bütün növ məmulatlardan nümunələr götürülmüş və ekspertizanın aparılması üçün X1 İdarəsinə təqdim edilmişdir. X1 İdarəsindən yuxarıda qeyd edilən bəyannamələrdə göstərilən mallara dair 6 fərqli ekspertiza rəyi daxil olmuşdur. 3-33-1100/029/006651 saylı, xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********29 saylı ekspert rəyində 14021214-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovsun 1-3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların siyahısına aid edilmədiyi, 1-ci mövqe üzrə -“150 Baqs Nailex (Polyethylene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17.5 (0,0175) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 2-ci mövqe üzrə- “955 X6 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 21 (0,021) mikron olan düzbucaqlı formalı, narıncı rəngli, qulplu torba, 3-cü mövqe üzrə - “300 Carton Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilenfÇAS 9002-88 4) əsaslı, qalınlığı 19.5 (0,0195) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba olduğu göstərilmişdir. 3-33-5300/2-001044/2024 saylı rəydə 14021214-AZ nömrəli xx.xx.2024- cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələrdən 1. “ Rose” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 11.7 (0,0117 m m) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 2. “Nazlı” nişanlı, polietilen (CAS 9002- 88-4) əsaslı, qalınlığı 16.9 (0,0169 mm) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba. 3. “Jevran” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 11.5 (0,0115 mm) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 4. Hədivvəlik paket nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22.8 (0,0228 mm) mikron olan düzbucaqlı formalı, üzəri çap olunmuş, ağ rəngli, qulplu torba olduğu göstərilmişdir. 3-33- 1100/029/006912 saylı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********33 saylı ekspert rəyində 14021215-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovsun 1-2-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin kimyəvi və texniki göstəriciləri aşağıdakı kimidir: 1-ci mövqe üzrə -“1125 Bags Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22 (0,022) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba,2-ci mövqe üzrə -“100 X7 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17 (0,017) mikron olan düzbucaqlı formalı, sarı rəngli, qulpli torba olduğu göstərilmişdir. 3-33- 5300/2-000890/2024 savlı rəydə 14021215-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələr 1. “Nazlı” nişanlı, qalınlığı 17.2 (0,0172) mikron olan, düzbucaqlı formalı, qulpsuz torbadır. 3-33-1100/029/006913 savlı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********54 saylı ekspert rəyində 14021213-AZ nömrəli xx.xx.2024-cü il tarixli v invovsun 1-3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin texniki göstəricilərinin, 1-ci mövqe üzrə -“150 Bags Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22 (0,022) mikron, 18.2 (0.0182) mikron olan düzbucaqlı formalı, ağ rəngli, üzəri çap olunmuş qulplu torbalar, 2-ci mövqe üzrə-““985 X7 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17.4 (0,0174) mikron olan düzbucaqlı formalı, narıncı rəngli, qulplu torbalar, 3-cü mövqe üzrə - “300 X5 (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen(CAS 9002-88-4) əsaslı, qalınlığı 20 (0,020) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba olduğu göstərilmişdir. 3-33-5300/2-000891/2024 savlı rəvdə 14021213-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələrdən 1. “Jeyran” nişanlı, qalınlığı 6.4 (0,0064 mm) mikron olan, 2. “Berry peach” nişanlı, qalınlığı 8.3 (0,0083 mm) mikron olan, 3. “Eftekhar” nişanlı, qalınlığı 8.7 (0,0087 mm) mikron olan düzbucaqlı formalı, qulpsuz torba olduğu göstərilmişdir. Aparılan araşdırma ilə əlaqədar olaraq, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzinə 3-33- 1100/013/008884 nömrəli xx.xx.2024-cü il tarixli. 3-33-1100/013/010401 nömrəli və 3-33-1100/013/010402 nömrəli xx.xx.2024-cü il tarixli raportlarla Şəxs MMC-nin adına idxal olunmuş malların bəyannamələrdə göstərildiyi kimi deyil, tərtib olunmuş protokollarda göstərilən çəkilərdə olduğu halda gömrük orqanına bəyan edilmiş gömrük dəyəri arasında fərqin olubolmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdivi təqdirdə "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə məlumat verilməsi üçün müraciət olunmuşdur. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən 3-33-1100/1-010691/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla BBGİnə müraciət olunaraq əlavə ekpertizanın keçirilməsi üçün müraciət olunmuşdur. Həmin müraciətə əsasən, X1 İdarəsinə 3-33- 1100/2-003348/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Şəxs MMC-nin ünvanına 44AA569/44AA570 nömrə nişanlı yük avtomaşınında daşınılmış və yoxlama haqqında protokola əsasən həmin malların içərisində olan “Jevran” və “Rose” nişanlı malların mikron ölçüsü miodarı və “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşmədiyi barədə rəy verilməsi üçün müraciət olunmuşdur. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmus 3-33-1100/012/011188 nömrəli xx.xx.2024-cü il tarixli, 3-33- 1100/012/012530 nömrəli xx.xx.2024-cü il tarixli raportlarda Şəxs MMC-nin adına idxal olunmuş malların bəyannamələrdə göstərildiyi kimi devil. tərtib olunmuş protokollarda göstərilən çəkilərdə olduğu halda gömrük ödənişlərində fərqin yaranmadığı bildirilmişdir. X1 İdarəsindən daxil olmuş 3-33-5300/2-000891/2024 saylı rəydə Şəxs MMC-nin ünvanına 44AA569/44AA570 nömrə nişanlı yük avtomaşınında daşınılmış və yoxlama haqqında protokola əsasən həmin malların içərisində olan “Jevran” və “Rose” nişanlı malların polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 9 mikron (O.OOƏmm) olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torbalar olduğu və həmin malların “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düsməməsi barədə məlumatın verilməsinin MGEİ-nin səlahiyyətinə aid olmadığı bildirilmişdir. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC (Vöen **********) tərəfindən İran İslam Respublikasından 3 invovs üzrə idxal edilmiş, **********5194, **********5268 və **********9215 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş, yoxlama haqqında protokollara və X1 İdarəsinin müvafiq rəylərinə əsasən, 3600 kq “Rose” nişanlı qalınlığı 11.7 (0,0117 mm) mikron olan polietilen qulpsuz torbalar, 432 kq “Jevran” nişanlı qalınlığı 11.5 (0,0115 mm) mikron olan polietilen qulpsuz torba, 1440 kq “Jevran” nişanlı, qalınlığı 6.4 (0,0064 mm) mikron olan, 3060 kq “Berrv oeach” nişanlı, qalınlığı 8.3 (0,0083 mm) mikron olan və 378 kq “Eftekhar” nişanlı, qalınlığı 8.7 (0,0087 mm) mikron olan polietilen tərkibli torbalar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında y Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Nəticədə Şəxs MMC tərəfindən İXM 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xətanın baş verdiyini təsdiq etmiş və özlərini tərtib edilmiş protokol üzrə təqsirli bilərək bildirmişdir ki, MMC malları İran İslam Respublikasından alır. Həmin mallar şişirtmə ilə olduğundan mikronları yüksək olmuşdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: **********194 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından “malların qablaşdırılması üçün etilen polimerlerindən məmulatlar” yükü daxil olmuşdur. 3-33-1100/029/006651 saylı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********29 saylı ekspert rəyində 14021214-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovsun 1-3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin mülki dövriyyəsi məhdudlaşdırılmış və qadağan edilmiş malların siyahısına aid edilmədiyi, 1-ci mövqe üzrə -“150 Baqs Nailex (Polyethylene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17.5 (0,0175) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 2-ci mövqe üzrə- “955 X6 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 21 (0,021) mikron olan düzbucaqlı formalı, narıncı rəngli, qulplu torba, 3-cü mövqe üzrə - “300 Carton Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilenfÇAS 9002-88 4) əsaslı, qalınlığı 19.5 (0,0195) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba olduğu göstərilmişdir. 3-33-5300/2-001044/2024 saylı rəydə 14021214-AZ nömrəli xx.xx.2024- cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələrdən 1. “ Rose” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 11.7 (0,0117 m m) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 2. “Nazlı” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 16.9 (0,0169 mm) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba. 3. “Jevran” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 11.5 (0,0115 mm) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba, 4. Hədivvəlik paket nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22.8 (0,0228 mm) mikron olan düzbucaqlı formalı, üzəri çap olunmuş, ağ rəngli, qulplu torba olduğu göstərilmişdir. 3-33-1100/029/006912 saylı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********33 saylı ekspert rəyində 14021215-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovsun 1-2-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin kimyəvi və texniki göstəriciləri aşağıdakı kimidir: 1-ci mövqe üzrə -“1125 Bags Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22 (0,022) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba,2-ci mövqe üzrə -“100 X7 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17 (0,017) mikron olan düzbucaqlı formalı, sarı rəngli, qulpli torba olduğu göstərilmişdir. 3-33-5300/2-000890/2024 savlı rəydə 14021215-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələr 1. “Nazlı” nişanlı, qalınlığı 17.2 (0,0172) mikron olan, düzbucaqlı formalı, qulpsuz torbadır. 3-33-1100/029/006913 savlı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən mallara dair daxil olmuş GM**********54 saylı ekspert rəyində 14021213-AZ nömrəli xx.xx.2024-cü il tarixli v invovsun 1-3-cü mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələrin texniki göstəricilərinin, 1-ci mövqe üzrə -“150 Bags Nailex (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 22 (0,022) mikron, 18.2 (0.0182) mikron olan düzbucaqlı formalı, ağ rəngli, üzəri çap olunmuş qulplu torbalar, 2-ci mövqe üzrə-““985 X7 Ranq (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 17.4 (0,0174) mikron olan düzbucaqlı formalı, narıncı rəngli, qulplu torbalar, 3-cü mövqe üzrə - “300 X5 (Polvethvlene Torba) (17 micron)” adlı, polietilen(CAS 9002-88-4) əsaslı, qalınlığı 20 (0,020) mikron olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulplu torba olduğu göstərilmişdir. 3-33-5300/2-000891/2024 savlı rəvdə 14021213-AZ nömrəli xx.xx.2024-cü il tarixli invovs üzrə daxil olmuş, lakin sənədlərdə öz əksini tapmamış polimerindən torbalar yükündən təqdim olunmuş nümunələrdən 1. “Jeyran” nişanlı, qalınlığı 6.4 (0,0064 mm) mikron olan, 2. “Berry peach” nişanlı, qalınlığı 8.3 (0,0083 mm) mikron olan, 3. “Eftekhar” nişanlı, qalınlığı 8.7 (0,0087 mm) mikron olan düzbucaqlı formalı, qulpsuz torba olduğu göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında etirafedici izahatları və işdə olan digər sübutlarla təsdiq edilir. İş materiallarında bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 275.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası 08 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. İXM-nin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, "xxxx" MMC tərəfindən İXM-nin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC İXM-nin 275.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan polietilen tərkibli torbalar müsadirə edilməklə minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan polietilen tərkibli torbalar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar