Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2147/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru Rəcəb Salmanov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, Bakı küçəsi, ev 19A-nın İ mərtəbəsi olan Şəxs Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra bətndə Şəxs ASC) (VÖEN **********) barəsində 18 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 18.06.2021-ci il tarixdə planlı yanğın texniki müayinə zamanı Şəxs ASC-də aşağıdakı nöqsanlar aşkar olunmuşdur. Belə ki, YTQ № 01-2001 b101.10.4, YTQ 03-2003 b3.18-3.18.17, b3.19-3.14.27-ci bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru Rəcəb Salmanov tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş 18 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 05 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt Regional Dövlət Yanğın idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC İXMnin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 14.06.2021-ci il tarixli, 1290 nömrəli yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanması (YTQ № 01-2001 bənd 10.1-10.4); ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda havalandırma (ventilyasiya) sistemləri və tüstüyə qarşı qurğuların istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.18- 3.18.17): ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19-3.19.27) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 14.06.2021ci il tarixli 1290№-li qərardan görsənir ki, Şəxs ASC-də 14.06.2021-il tarixdən 18.06.2021ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 18.06.2021-ci il tarixli 1290 №-li qərarından hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, Bakı küçəsi, ev 19A-nın İ mərtəbəsi olan Şəxs ASC-yə baxış zamanı obyektin elektrik təsərüfatı EQQQ-yə uyğun qurlaşdırılmayıb, obyektdə mövcud olan od söndürən balonların tərkibi dəyişdirilməyib, obyekt avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi ilə təmin edilməyib. Obyektin elektrik təsərüfatı EQQQ-yə uyğun qurlaşdırılması, obyektdə mövcud olan od söndürən balonların tərkibi dəyişdirilməsi, obyekt avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi ilə təmin edilməsi 10 gün müddətinə aradan qaldırılması barədə qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ASC barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, Bakı küçəsi, ev 19A-nın İ mərtəbəsinda olan Şəxs ASC-də yoxlanış zamanı YTQ № 01-2001 b101.10.4, YTQ 03-2003 b3.18-3.18.17, b3.19-3.14.27-ci bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Yoxlama zamanı Şəxs ASC-də obyektin elektrik təsərüfatı EQQQ-yə uyğun qurlaşdırılmayıb, obyektdə mövcud olan od söndürən balonların tərkibi dəyişdirilməyib və obyekt avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi ilə təmin edilməyibdir. Bununla da Şəxs ASC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, Bakı küçəsi, ev 19A-nın İ mərtəbəsi olan Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2147/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2147/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver