Məhkəmə qərarları › İş №3(060)-215/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-215/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-215/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsi barədə şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 04.02.2021-ci il tarixli, 3(060)-215/2021 saylı qərarı ilə təmin olunmamışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 tərəfindən apellyasiya şikayəti verilmiş və inzibati xəta haqqında iş baxıması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-223/2021 saylı, 07.04.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-215/2021 saylı, 04.02.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün inzibati material Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X14 əvvəlki məhkəmə iclasında izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X16 Xidmətinin (bundan sonra - «X16 Xidməti» və ya «Xidmət») rəis müavini Orxan Hüseynzadənin MN ******* nömrəli 30 dekabr 2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1.100 (bir min yüz) manat məbləğində cərimə edilmişdir. X16 Xidmətinin rəis müavini Orxan Hüseynzadənin MN ******* nömrəli 30 dekabr 2020-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır, ona görə də ləğv olunmalı, barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə aparılan inzibati icraata isə xitam verilməlidir. O, X16 Xidmətinə vəsatətlərlə müraciət edərək, «COVİD-19» infeksion xəstəliyə düçar olduğunu və stasionar şəraitdə müalicə olunduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə X21 X28 şərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli arayışa əsasən, döş qəfəsi üzvlərinin bir proyeksiyada R-qrammda hər iki ağciyər şəffaflığı azalıb, ağciyər şəkli güclənib kimi qeyd edilmişdir və qalıq əlamətlər müşahidə olunur. Həmin arayışdan eyni zamanda görünür ki, o, evə yazılsa da, poliklinika həkimin nəzarətinə göndərilmişdir. Lakin buna baxmayaraq, tam sağalmamış, əksinə səhhəti bir qədər pisləşib və müalicənin davam etdirilməsinə zərurət yaranmışdır. Bu səbəbdən də 24 dekabr 2020-ci il tarixdə saat 11:00-a təyin olunmuş baxışda iştirak etməyi mümkün olmamışdır. Bununla bağlı xahiş etmişdir ki, onun prosessual hüquqlarından istifadə edilməyi məqsədi ilə ona şərait yaradılsın və tam sağalana qədər barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-ci maddələri ilə icraatı başlanılmış inzibati xəta haqqında işə baxılmasını 15 (on beş) gün müddətinə təxirə salınsın və həmin müddət keçənə qədər X3 şikayəti üzrə toplanmış materiallarının surətləri, xüsusilə şikayət vermiş şəxsin izahat və ifadələrinin surətlərini tanış olmaq üçün ona göndərilməsi təmin edilsin. Lakin rəis müavini Orxan Hüseynzadə tərəfindən vəsatətinə demək olar ki, formal yanaşılmış, vəsatət qismən təmin olunaraq inzibati xəta haqqında işin baxışı yalnız 30 dekabr 2020-ci il tarixə 11:00-a təxirə salmışdır. Bununla yanaşı X3 şikayətinin, izahatın və ifadələrinin surətlərini tanış olmaq üçün ona yenə də göndərilməmiş, prosessual hüquqları təmin edilməmişdir. Xidmət əməkdaşları yalnız müddət keçməsinə görə narahatçılığını bildirirlər. Halbuki, Azərbaycan Respublikası İXMnin 104.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. X16 Xidməti müraciətini əsassız olaraq nəzərə almadığı üçün, o, 29 dekabr 2020-ci il tarixli etirazla həmin Xidmətə müraciət edərək, Xidmətin rəis müavini Orxan Hüseynzadəyə verdiyi etirazının təmin edilməsi və hazırkı inzibati xəta haqqında işə baxılması başqa əməkdaşa həvalə edilməsi, onun prosessual hüquqlarından istifadə edilməyi məqsədi ilə ona şərait yaradılaraq və tam sağalana qədər barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 və 192.4-cü maddələri ilə icraatı başlanılmış inzibati xəta haqqında işə baxılması təxirə salınması və yaxud o, tam sağalana qədər barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardad qəbul edilməsi, həmin müddət keçənə qədər X3 şikayəti üzrə toplanmış materiallarının surətləri, xüsusilə şikayət vermiş şəxsin izahat və ifadələrinin surətlərini tanış olmaq üçün ona göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin Xidmətdə müraciəti yenidən nəzarə alınmamış, prosessual hüquqlarının təmin edilməsi istiqamətində heç bir atdım atılmamış, barəsində aparılan izibati icraat dayandırılmamış, Xidmətin rəis müavini Orxan Hüseynzadəyə verdiyi etiraz isə təmin edilməmişdir. Faktiki isə, X16 Xidmətinə dəfələrlə etdiyi yazılı müraciətlərinə baxmayaraq, şikayət vermiş şəxs X3 şikayətinin, izahat və ifadələrinin, şahid ifadələrinin, habelə təqdim etdiyi digər sənədlərinin surətləri ona bu günə qədər göndərilməyib. Bununla yanaşı xəstəliyi ilə bağlı başqa yerə gedə bilməsi üçün, Xidmətdə barəsində aparılan icraat üzrə həmçinin vəkillə müqavilə bağlayıb onun hüquqi yardımından istifadə etmək imkanlarından da faktiki olaraq məhrum edilmişdir. Faktiki olaraq isə o, bu günə qədər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə X21 X28 tərəfindən həyata keçirən müalicəni alır və hazırkı şikayət üzrə məhkəmə baxışında müvafiq tibbi sənədi məhkəməyə təqdim edəcəkdir. Haqqında şikayət verilmiş MN ******* nömrəli 30 dekabr 2020-ci il tarixli qərardan görünüdüyü kimi, həmin qərarda prokurorun 01 dekabr 2020-ci il tarixli protokoluna istinad edilmişdir. Halbuki, Yasamal Rayon Prokurorluğu tərəfindən ona hər hansı protokol barədə məlumat ümumiyyətlə verilməmiş və xüsusilə də sözügedən protokolun surəti də ona təqdim edilməmişdir. Yasamal Rayon Prokurorluğu tərəfindən 01 dekabr 2020-ci il tarixli protokolun və ya qərarın (qərardadın) qəbul olunması barədə məlumat ona yalnız X16 vəsatətlərdə Yasamal Rayon Prokurorluğu tərəfindən müvafiq materialla tanış olmaq üçün ona şəraitin yaradılmamasnı bildirib həmin imkanlarının yaradılmasını xahiş etsə də, Xidmət digər materiallarla yanaşı 01 dekabr 2020-ci il tarixli protokoldan və ya qərardan məlumatsız olmağı məsələsinə isə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Bununla da göründüyü kimi, Yasamal Rayon Prokurorluğu 192.4-cü maddəsi ilə inzibati xəta haqqında icraatın aparılmasında səlahiyyətli olmamış, bununla yanaşı qəbul etdiyi prosessual sənəddən şikayət vermək barədə prosessual hüquqlarını nəinki təmin etməmiş, həmin hüquqdan faktiki olaraq məqsədli şəkildə onu mərhum etmişdir. Eyni zamanda araşdırmanı cəmi on beş gün müddətində aparmalı olduğu halda, bir aydan çox bu materialı özündə saxlamış, sanki həmin materialın nəticələrinə dair şəxsi maraqları olmuşdur. X16 Xidməti isə bu hallara da heç bir hüquqi qiymət verməmiş və barəsində aparılan inzibati icraatı apararkən faktiki olaraq yalnız formallığa üstünlük vermişdir. Haqqında şikayət verilmiş MN ******* nömrəli 30 dekabr 2020-ci il tarixli qərarından görünüdüyü kimi, həmin qərar sadəcə blankda əks etdirilməklə şablon şəkildə yazılmış, həmin qərarda hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması barədə qənaətinə gəlinməsi hər hansı faktlarla və sübut əhəmiyyətinə malik olan sənədlərlə ümumiyyətlə əsaslandırılmamışdır. O, işəgötürən qismində X3 işçi kimi heç bir hüquqlarını pozmamış, onunla əmək münasibətlərini tam qanuni şəkildə rəsmilləşdirmiş, bu barədə bütün zəruri məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq internet saytında elektron qaydada dərhal rəsmilləşdirilmiş, X16 Xidmətinin isə bu məlumatları öyrənmək üçün kifayət qədər imkanları olmuşdur. X7 «Sfera» Tədris Mərkəzində yarımştat əsaslarla gündə dörd saat işləyib 125 manat əmək haqqı almış, əmək haqqı tam həcmdə və gecikdirilmədən ödənilmişdir. Funda Abdullayeva işdən nəinki öz razılığı ilə, hətta öz tələbi ilə çıxmışdır ki, işsiz vətəndaş kimi qeydə alınaraq 190 manat miqdarında müəyyən olunan sosial müavinəti ala bilsin. X22 işdən çıxandan sonra öz istəyinə nail ola bilmədiyi üçün, geri tarixlə işdən çıxarılmadığına görə (işdən çıxarılma əmrdə tarixlərin saxtalaşdırılmasmdan imtina etdiyi üçün) onu günahlandırmış və həmin pulun ödənilməsini ondan tələb etmişdir. Hədə-qorxusu istədiyi nəticələri vermədiyi üçün başına oyun açacağı ilə onu hədələmiş və bu hədələrini Yasamal Rayon Prokurorluğunun, habelə X11 Xidmətinin məsul vəzifəli şəxslərin öz xidməti vəzifələrinə formal yanaşmaları sayəsində artıq reallaşdırmaq üzrədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X20 izahat verərək bildirdi ki, X14 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi il təqsirli bilinərək MN ******* nömrəli 30 dekabr 2020-ci il tarixli qərar ilə 1100 manat məbləğində cərimə edilmişdir. X1 rayon Prokurorluğuna şikayət ərizəsi müraciət etmişdir. Orada işə baxıldıqdan sonra inzibati xəta haqqında iş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmişdir. İş daxil olduqdan sonra ona baxış təyin edilmiş və tərəflər dəvət edilmişdir. X5 “Covid-19” infeksiyanına yoluxduğunu və iclasın təxirə salınması ilə bağlı arayışlar göndərmişdir. Həmin sənədlərə baxaraq və inzibati işin 1 ay müdətində baxılmasını əsas götürərək iclas 6 gün sonraya yəni 30 dekabr 2020-ci il tarixinə təxirə salınmışdır. 30 dekabr 2020-ci il tarixində X10 iştirakı olmadan iclas keçirilmiş və qərar qəbul edilmişdir. Eyni zamanda tərəflər arasında yazılı əmək müqaviləsi olmamış, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində X3 “Sfera” Tədris Mərkəzi əsas iş yeri olduğundan yarımştat - 0,5 okladla işə qəbul edilmişdir. Eyni zamanda qanunvericilikdə minimum əmək haqqı 250 manat olmasına baxmayaraq qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsində 125 manat qeyd edilmişdir. Bununla da, Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qərar qanuni və əsaslı olduğundan Azərbaycan Respublikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 30 dekabr 2020-ci il tarixli qərarın qüvvədə saxlanmasını məhkəmədən xahiş edir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında MN ******* saylı, 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, X14 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib, 1100 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə 21.10.2019-cu il tarixdə 180 manat aylıq əmək haqqı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsində əsas iş yeri olduğu qeyd edilməklə yarımştat-0.5 okladla aylıq əmək haqqı 125 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə bağlanmış 21.10.2019-cu il tarixli əmək müqaviləsinə 27.04.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokuroruna ünvanlanmış 06.11.2020-ci il tarixli ərizədən, 23.11.2020-ci il və 02.12.2020-ci il tarixli vəsatətlərdən görünür ki, X10 vəkili X2 Funda Fizuli qızı tərəfindən “Sfera” Tədris Mərkəzinin rəhbəri X14 barəsində verilmiş şikayət üzrə toplanılan inzibati icraatın bütün materialları ilə tanış olmağı üçün şəraitin yaradılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə ki, iş materiallarından göründüyü kimi, aparılmış araşdırma zamanı X14 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin X bəndinə əsasən X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir. Bundan başqa tərəflər arasında yazılı əmək müqaviləsi olmamış, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində X3 “Sfera” Tədris Mərkəzi əsas iş yeri olduğundan yarımştat - 0,5 akladla işə qəbul edilmişdir. Qanunvericilikdə minimum əmək haqqı 250 manat olmasına baxmayaraq qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsində 125 manat qeyd edilmişdir. Həmin pozuntular inzibati tənbeh vermə haqqında qərarda və inzibati işin digər materialları ilə öz təsdiqini tapdığından Azərbaycan Respublikası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 30 dekabr 2020-ci il tarixli qərarı qanuni olduğundan həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair X10 şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X14 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar