Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2151/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 azyaşlı uşağı olan, Xızı rayonu, Qarabulaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 6-cı mikrorayon, S.Vurğun küçəsi, ev 35G, mənzil 72-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Xızı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi 1940 manatın ödənilməsi ilə bağlı borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəməyə bildirdi ki,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 860 (səkkiz yüz altmış) manat təmir xərci, 900 (doqquz yüz) manat əmtəə görünüşünün itirilməsi səbəbindən dəyərdən düşmə, 150 manat ekspertiza xərci və 30 manat dövlət rüsumu, ümumilikdə 1940,00 (bir min doqquz yüz qırx) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu tərəfindən borc ödənilməmiş, icra məmurunun tələbləri yerinə yetirilməmişdir. Ona görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 860 (səkkiz yüz altmış) manat təmir xərci, 900 (doqquz yüz) manat əmtəə görünüşünün itirilməsi səbəbindən dəyərdən düşmə, 150 manat ekspertiza xərci və 30 manat dövlət rüsumu, ümumilikdə 1940,00 (bir min doqquz yüz qırx) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Yoldaşı xaricdə işlədiyi üçün pul göndərə bilməmişdir. Anasına özü baxır, atası da yoxdur. Borcu ödəmək üçün maddi imkanı yoxdur. Azyaşlı uşağı var. Aybaay 50 manat ödəniş edə bilər. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildridi ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 860 (səkkiz yüz altmış) manat təmir xərci, 900 (doqquz yüz) manat əmtəə görünüşünün itirilməsi səbəbindən dəyərdən düşmə, 150 manat ekspertiza xərci və 30 manat dövlət rüsumu, ümumilikdə 1940,00 (bir min doqquz yüz qırx) manat pulun tutularaq iddiaçı ona ödənilməsi qət edilmişdir. Lakin borclu imkanı olsa da 3 ildir ki, pulunu vermir, müxtəlif bəhanələrlə, süni şəkildə icranı uzadır, ödəməyəcəyini bildirir. Borcun ödənilməsini, əks halda borclunun həbs edilməsini tələb edir. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 860 (səkkiz yüz altmış) manat təmir xərci, 900 (doqquz yüz) manat əmtəə görünüşünün itirilməsi səbəbindən dəyərdən düşmə, 150 manat ekspertiza xərci və 30 manat dövlət rüsumu, ümumilikdə 1940,00 (bir min doqquz yüz qırx) manat pulun tutularaq iddiaçı ona ödənilməsi qət edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış, Xızı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(068)-107/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etmək üçün Şəxs 10 gün vaxt verilmişdir. Bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməzsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin keçirilməsi ilə bağlı xərclərin tutulması bildirilmişdir. AZE 10264410 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2014cü il tarixli bir uşağı var. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra qeydindən məlumatı olsa da, ödəniş etməmişdir. Hazırda aybaay 50 manat ödəniş etməyə hazır olması da onun icra qeydini üzrsüz səbəbdən icra etməməsini təsdiq edir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2151/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2151/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver